Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə55/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   51   52   53   54   55   56   57   58   ...   114

 

193 


müddət  ərzində  bizi  lazımi  möhkəm  əməkdaşlığa  doğru 

aparacaq strategiya. 

Sloveniya  Avropa  İttifaqının  üzvləri  arasında  elə  bir  ölkə 

olacaq  ki,  Siz  ona  etibarlı  dost  və  maraqları  təmin  edən  tərəf 

kimi  arxalana  bilərsiniz.  Zənnimcə,  Avropa  İttifaqının  hər  bir 

tərəfdaş  ölkəsi  lazımi  şəkildə  qavranılmalıdır  və  onunla 

əməkdaşlıq  düşünülmüş  formada  olmalıdır.  Əvvəlcədən 

müəyyən edilmiş modelləri tələsik həyata keçirmək olmaz. Biz 

yeni modellər üzərində işləməliyik. Ümid edirəm ki, bu biznes-

forum  irəliyə  doğru  addımların  atılmasında  uğurlu  olacaq  və 

səmimiyyətlə  sizdən  nəticələr  gözləyirəm.  Mən  isə  öz 

növbəmdə  Sizə  söz  verirəm  ki,  biz  Sloveniyada  əldə  etdiyiniz 

nəticələri çox diqqətlə öyrənəcəyik. Uzunmüddətli və möhkəm 

çərçivənin  reallığa  çevrilməsi  üçün  əlimizdən  gələni  etməyə 

çalışacağıq. 

Diqqətinizə  görə  çox  sağ  olun.  Sizə  işinizdə  böyük  uğurlar 

arzulayıram. 

 

Azərbaycan prezidenti İlham Əliyevin çıxışı 

 

Hörmətli cənab Prezident! 



Xanımlar və cənablar, əziz dostlar! 

Əvvəlcə,  cənab  Prezident,  gözəl  ölkənizə  səfər  etmək  üçün 

dəvətinizə  və  göstərdiyiniz  qonaqpərvərliyə  görə  bir  daha 

təşəkkürümü  bildirirəm.  Əslində  mən  ikinci  dəfədir  ki,  Sizin 

gözəl  ölkənizə  səfər  edirəm  və  bir  çox  dəyişiklikləri  görürəm. 

Bu münasibətlə sizin hökumətinizi və Lyublyana Şəhər Şurasını 

aparılmış  bir  çox  abadlıq  və  şəhər  infrastrukturu  işlərinə  görə 

təbrik etmək istəyirəm. 

Ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir. Biz 

əsl  dost  və  tərəfdaşıq.  Bu  tərəfdaşlığın  yaxşı  tarixi  və  çox 

perspektivli  gələcəyi  vardır.  Çox  şadam  ki,  biznes  dairələrinin 

iqtisadi  əlaqələrin  gücləndirilməsinə  istiqamətlənmiş  birgə 

səyləri  ölkələrimizin  –  Sloveniya  ilə  Azərbaycan  arasında 

tərəfdaşlığın  gülcəndirilməsinə  yönəlmiş  siyasi  kursuna 

uyğundur.  Siyasi  münasibətlərimiz  çox  yaxşıdır.  Biz  ölkələri-



 

194 


miz  arasında  yüksək  səviyyədə  və  nazirliklər  səviyyəsində 

mütəmadi qaydada məsləhətləşmələr prosesini davam etdiririk. 

Bizim həmçinin biznes təmaslarının da inkişaf etdirilməsi üçün 

yaxşı  potensialımız  vardır.  Hesab  edirəm  ki,  bu  gün  keçirilən 

biznes-forum  sayəsində  nəinki  ideyalar,  həmçinin  praktiki 

nəticələr əldə olunacaqdır. 

Biz xarici sərmayədarlara açıq ölkəyik və uzun illər ərzində 

bu istiqamətdə apardığımız siyasət çox müsbət olub. Son 15 il 

ərzində  iqtisadiyyatımıza  təxminən  100  milyard  ABŞ  dolları 

məbləğində sərmayə yatırılmışdır və onların əksər hissəsi qeyri-

enerji sektoruna yönəldilmişdir. Mən bunu ona görə deyirəm ki, 

Azərbaycan neft ölkəsidir, neft, qaz hasilatçısı və ixracatçısıdır. 

Ölkəmiz  bu  baxımdan  cəlbedicidir.  Lakin  məqsədimiz 

iqtisadiyyatı şaxələndirməkdir, Azərbaycanda güclü qeyri-enerji 

sektorunun və davamlı iqtisadiyyatın yaradılmasıdır. 

Hesab  edirəm  ki,  son  bir  neçə  il  ərzində  iqtisadi  inkişaf, 

liberallaşdırma və biznesin aparılması sahəsində ölkəmizin gös-

təriciləri  məqsədlərimizi  aydın  şəkildə  göstərir.  Hətta  iqtisadi 

böhran  ilə  yadda  qalan  ən  çətin  2008–2009-cu  illərdə  iqti-

sadiyyatımız yenə də 14 faiz artmışdır. Həmin il neftin qiyməti 

4-5 dəfə aşağı düşmüşdür. Ümumiyyətlə, son 7 il ərzində ÜDM 

3 dəfə artıb, yoxsulluq səviyyəsi 5 dəfə  – 49 faizdən 9,1 faizə 

qədər  azalmışdır.  İşsizliyin  səviyyəsi  6  faiz  olmuşdur. 

İnfrastruktura qoyulan sərmayələr və özəl sektora verilən dəstək 

hazırkı  durumu  yaratmışdır  ki,  iqtisadiyyatımız  artıq  enerji 

amilindən o qədər də asılı deyildir. Bizim üçün gələcək iqtisadi 

inkişaf  qeyri-enerji  sektorunun  inkişafı  deməkdir,  çünki  enerji 

sektorunda bütün əsas hədəflərimizə nail olmuşuq. 

Bizim  7  ixrac  neft  və  qaz  boru  kəmərindən  ibarət  şaxə-

ləndirilmiş  şəbəkəmiz  vardır.  Enerji  resurslarımızı  müxtəlif 

istiqamətlərdə  ixrac  edirik.  Avropa  İttifaqı  ilə  gündəliyimizdə 

olan  mühüm  məsələlərdən  biri  enerji  təhlükəsizliyidir. 

Azərbaycan  Avropa  bazarlarında enerji  təhlükəsizliyinin təmin 

edilməsində  öz  rolunu  oynayır.  Bu  ilin  əvvəlində  Avropa 

İttifaqı  ilə  Azərbaycan  arasında  Cənub  qaz  dəhlizi  haqqında 



 

195 


mühüm bəyannamə imzalanmışdır. Hazırda fəal və səmərəli iş 

aparan  müvafiq  işçi  qrupu  formalaşdırılmışdır.  Ümidvaram  ki, 

gələn  illər  ərzində  Avropa  İttifaqı  ilə  Azərbaycan  arasında 

enerji  əməkdaşlığı  sahəsində  bir  çox  digər  mühüm  addımlar 

atılacaqdır.  Bu  bizim  üçün  imkanlar  açır  ki,  maliyyə 

resurslarımızı  formalaşdıraq,  onları  yenidən  iqtisadiyyata, 

təhsilə,  sosial infrastruktura  və  prioritet  sahələrə  sərmayə  kimi 

yönəldək.  Buna  görə  daxili  prioritetlərimizin  gündəliyində 

enerji  sektoru  böyük  rol  oynamır.  Xüsusən  xarici  iqtisadi  və 

siyasi  münasibətlərdə  mühüm  əhəmiyyət  kəsb  edir.  Ölkə 

daxilində  əsas  diqqət  yetirdiyimiz  sahə  iqtisadiyyatın  davamlı 

inkişafıdır. 

Kənd təsərrüfatı və aqrar məhsulların emalı sahəsində yaxşı 

potensialımız  vardır.  Turizm  sahəsini  də  qeyd  etməliyik. 

Hazırda  biz  beynəlxalq  turizm  istirahət  zonaları  yaradırıq.  Biz 

bu sahədə yaxşı təcrübəsi olan Sloveniya şirkətlərini ölkəmizdə 

həmin  mühüm  layihələrdə  iştirak  etmək  üçün  dəvət  edirik. 

Yalnız  bu  il  Bakıda  və  rayonlarda  yeni  müasir  infrastruktura 

malik  beşulduzlu  6  mehmanxana  açılacaqdır.  İnformasiya 

texnologiyaları  sahəsi  bizim  üçün  prioritetlərdən  biridir. 

Kosmos sənayesini də inkişaf etdirməyə başlamışıq. Sloveniya 

şirkətləri  ilə  apardığımız  əməkdaşlığın  bir  sahəsi  də  məhz 

informasiya  texnologiyaları  sektorudur.  Əslində,  bu  sahədəki 

əməkdaşlıq  Bakıda  prezident  Tyurkun  iştirakı  ilə  keçirilmiş 

birinci biznes-forumda qeyd edilmişdir, biz də həmin təşəbbüsə 

dəstək verdik. 

Azərbaycanda  informasiya  texnologiyalarının  inkişafı  çox 

sürətlə  gedir.  Biz  bu  sektora  böyük  diqqət  yetiririk.  Hazırda 

ölkə  əhalisinin  50  faizi  internetdən  istifadə  edir.  Gələn  illər 

ərzində  bu  sektor  bizim  üçün  daxili  iqtisadi  prioritetlərimizdə 

çox  mühüm  rol  oynayacaqdır.  İqtisadiyyatın  şaxələndirilməsi 

sərmayələrin  cəlb  edilməsi  deməkdir.  Xarici  sərmayələrin cəlb 

edilməsində  yaxşı  təcrübəmiz  vardır.  Bizim  çox  təfərrüatlı 

dövlət  sərmayə  proqramımız  vardır  və  bu  proqram  əsasən 

infrastruktur  layihələrini  əhatə  edir.  Hər  il  biz  infrastrukturun 



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə