220
AVROPA İTTİFAQININ PREZİDENTİ HERMAN
VAN ROMPEY İLƏ GÖRÜŞ
Brüssel
22 iyun 2011-ci il
İyunun 22-də Brüsseldə Azərbaycan prezidenti İlham
Əliyevin və Avropa İttifaqının prezidenti Herman Van Rom-
peyin görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin
uğurlu inkişafından məmnunluq ifadə olundu. Ermənistan–
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması,
«Şərq Tərəfdaşlığı» Proqramı, energetika sahəsində əmək-
daşlıq, Azərbaycan–Avropa İttifaqı münasibətlərinin genişlən-
dirilməsi perspektivləri və digər məsələlərlə bağlı fikir müba-
diləsi aparıldı.
221
AVROPA İTTİFAQININ PREZİDENTİ HERMAN
VAN ROMPEY İLƏ BİRGƏ BƏYANATLARLA
ÇIXIŞLAR
Brüssel
22 iyun 2011-ci il
İyunun 22-də Brüsseldə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Avropa İttifaqının prezidenti Her-
man Van Rompey görüşdən sonra mətbuat üçün bəyanatlarla
çıxış etmişlər.
Avropa İttifaqının prezidenti Herman Van Rompeyin
bəyanatı
Cənab Prezident, Brüsselə xoş gəlmisiniz!
Əvvəlcə Sizi «Eurovision» mahnı müsabiqəsindəki qələ-
bəniz münasibətilə təbrik etmək istəyirəm. Avropanın bütün
dairələri gələn il Bakıya toplaşacaq və Azərbaycanı diqqət
mərkəzinə çevirəcəkdir. Səfərinizin qısa olmasına baxmayaraq,
əhəmiyyətli və zamanında olan səfərdir. Bu, Avropa İttifaqı–
Azərbaycan münasibətlərinin əhəmiyyətini göstərir.
Siz həmçinin əmin olmalısınız ki, ölkəniz ilə əlaqələrin
güclənməsinə sadiqik. Buna görə də biz Assosiativ saziş ilə bağlı
danışıqların inkişafından razıyıq. Bizim Azərbaycan və Şərq
tərəfdaşlarımız ilə münasibətlərimizə sadiqliyimiz sentyabrda
Varşavada
keçiriləcək
«Şərq
Tərəfdaşlığı»
sammitinə
hazırlığımızda və gözləntilərimizdə də öz əksini tapmışdır.
Bu gün də müzakirə etdiyimiz kimi, Varşava sammiti həm
Avropa İttifaqı, həm də onun tərəfdaşlarının məqsədlərinə
sadiqliklərini yeniləmək üçün bir imkan olacaqdır. Buraya «Şərq
222
Tərəfdaşlığı»nı möhkəmləndirən dəyər və prinsiplərə birgə
sadiqlik, xüsusilə demokratik prinsiplər və təcrübələr, insan
hüquqlarına hörmət, yaxşı idarəçilik və qanunun aliliyi aiddir.
Həmçinin ümidvaram ki, bu sammit siyasi əməkdaşlığın və
dialoqun inkişafı yollarının, regional təhlükəsizliyin güclən-
dirilməsi və münaqişələrin həlli yollarının araşdırılması, ümumi
maraq doğuran müəyyən qlobal və regional məsələlərin müzakirəsi
üçün yaxşı imkan olacaqdır. Bu baxımdan və Sizin Rusiya
prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə bu həftə Dağlıq
Qarabağ münaqişəsinə dair keçiriləcək yüksək səviyyəli görüşdə
iştirak etmək üçün Kazan şəhərinə səfəriniz işığında, mən Avropa
İttifaqının öz qonşuluğunda uzun müddət davam edən bu
münaqişənin sülh yolu ilə nizamlanmasına güclü dəstəyini
vurğulamışam. Əsas Prinsiplərə əsaslanan sənədi tamamlamaq
üçün əlavə cəhdlər göstərməyin vaxtı çatmışdır. Nəhayət, Avropa
İttifaqı–Azərbaycan əlaqələrinin digər əsas elementi enerji
sahəsidir. Şadam ki, prezident İlham Əliyev Azərbaycanın sadiq
tərəfdaş olduğunu bu gün təsdiqlədi. Əminəm ki, Azərbaycan
Avropa bazarlarını gələcəkdə də enerji ilə təmin etməyə davam
edəcəkdir.
Cənab Prezident, bir daha Brüsselə gəldiyiniz üçün çox
minnətdaram. Avropalı həmkarlarım ilə birlikdə Sizinlə
Varşavada «Şərq Tərəfdaşlığı» sammitində görüşümüzü səbir-
sizliklə gözləyirəm.
Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı
Əvvəlcə dəvətinizə görə Sizə təşəkkür etmək istəyirəm.
Münasibətlərimizin gələcək inkişafı baxımından Brüsselə
səfərim böyük əhəmiyyət kəsb edir. Bundan başqa, müğən-
nilərimizin «Eurovision» mahnı müsabiqəsindəki qələbəsi ilə bağlı
təbriklərinizə görə minnətdaram. Bu, böyük qələbə idi. Bu, Avropa
və avropalılardan dəstəyin əlaməti idi. Mən azərbaycanlı
müğənnilərə səs verən, bu mükafatı onlara layiq görən Avropadakı
bütün dostlarımıza təşəkkür edirəm. Mən əminəm ki, çoxsaylı
223
avropalı dostlarımızın iştirakı ilə gələn il Bakıda keçiriləcək
müsabiqə bizə, həmçinin ölkəmizi, tariximizi və mədəniyyətimizi
nümayiş etdirməyə yaxşı imkan verəcəkdir. Avropa İttifaqı və
Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Bu
əlaqələrimizin uzun tarixi vardır və bu gün bu münasibətlər yeni
bir mərhələyə daxil olur.
Cənab Prezidentin də qeyd etdiyi kimi, «Şərq Tərəfdaşlığı»
Proqramı fəal dialoq üçün yeni imkanlar yaradır. Biz Assosiativ
saziş üzərində işləyirik. Ümid edirik ki, bu saziş bir çox sahələri
əhatə edən və bizi Avropaya daha da yaxınlaşdıran uzunmüddətli
əməkdaşlıq üçün çərçivə yaratmağa imkan verəcəkdir.
Azərbaycanda siyasi, iqtisadi islahatlar davam edir. Bu islahatların
aparılmasında nə qədər çox uğur əldə etsək, biz bir o qədər də
Avropaya yaxın olarıq. Bu gün mənim Brüsseldə keçirdiyim
görüşlərdə bütün sahələrdə daha da güclü əlaqələr qurmaq üçün
qarşılıqlı maraqları bir daha açıq-aydın görə bilərik.
Cənab Prezident, Siz münaqişənin həllinə toxundunuz. Biz
avropalı dostlarımıza Minsk prosesini dəstəklədiklərinə görə
çox minnətdarıq. ATƏT-in Minsk qrupunun həmsədr
ölkələrinin rəhbərlərinin münaqişənin həlli prinsipləri ilə bağlı
bu yaxınlarda verdikləri bəyanat həvəsləndiricidir. Xüsusilə,
Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin «status-kvo
qəbuledilməzdir, dəyişilməlidir və münaqişə özündə ərazi
bütövlüyü və xalqların öz müqəddəratını ehtiva edən Helsinki
Yekun Aktı sənədləri əsasında həll edilməlidir» bəyanatı bizi
olduqca həvəsləndirdi. Bu iki prinsip ziddiyyət təşkil etmir.
Bizə elə bir saziş lazımdır ki, burada Azərbaycanın ərazi
bütövlüyü qorunsun və regionun bütün sakinləri azad və sülh
şəraitində yaşasınlar. Düşünürəm ki, Minsk qrupunun təklifi
belə bir çərçivəni yaradır. Biz erməni həmkarlarımızdan
danışıqlara konstruktiv yanaşma gözləyirik. Ərazilərimizin
işğaldan azad olunmasından sonra yüz minlərlə azərbaycanlının
öz yurd-yuvalarına qayıtmaları üçün biz münaqişənin tez bir
zamanda həllini istəyirik.