9
inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə,
Allahın dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan
meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü
barəsində əsla fikirləşmirlər)”. (əl-Ənbiya 1). “Camaat (Məkkə əhli)
səndən o saat (qiyamətin nə vaxt qopacağı) barədə soruşar. (Ya
Peyğəmbər!) De: “Onu ancaq Allah bilər!” Nə bilirsən, bəlkə də, o saat
(Qiyamət yaxındır)”. (əl-Əhzab 63). “Şübhəsiz ki, onlar (müşriklər) onu
(o əzabı) uzaq görürlər (ona inanmırlar). Biz isə onu yaxın görürük (ona
inanırıq)”. (əl-Məaric 6-7). “O saat (Qiyamət) yaxınlaşdı və ay
(Peyğəmbərin möcüzəsi ilə) parçalandı”. (Qəmər 1). Peyğəmbər
–
sallallahu aleyhi və səlləm – buyurdu: “Mən Qiyamətin başlanğıcında
göndərildim”
7
. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən
və Qiyamət birlikdə göndərildik. Az qaldı ki, o məni keçsin”
8
.
QİYAMƏTİN KİÇİK ƏLAMƏTLƏRİ
Qiyamətin Əlamətləri İki Qismə Ayrılır:
1. Kiçik Əlamətlər – Bu əlamətlər çox uzun zaman davam edən və
təkrarlanan əlamətlərdir. Məs: Elmin yox olması, çəhalətin çoxalması, içki
içilməsi, binaların ucaldılması və s.
2. Böyük Əlamətlər – Bu əlamətlər Qiyamətin qopmasına yaxın
görüləcək ilk dəfə olacaq böyük hadisələrdir. Məs: Dəccalın çıxması, İsa -
əleyhissəlam - ın gəlməsi, Yəcuc və Məcuc tayfaları və s
9
.
Qiyamətin kiçik əlamətləri olduqca çoxdur. Bunlardan səhih yolla bizə
çatan bəzilərini xatırladaq. Bu əlamətləri sıra ilə vermədim. Çünki
əlamətlərin hansı sırayla olacağını bildirən bir dəlil yoxdur. Buna görə də
alimlərin oldu və bitti dedikləri əlamətlərdən başladım. Diqqət çəkiləsi
məsələlərdən biri də bəzi insanların Peyğəmbər – sallallahu aleyhi və
səlləm – in xəbər verdiyi Qiyamət əlamətlərinin çəkinəlisi və qadağan
olunan bir əlamətlər kimi başa düşürlər. Lakin bu heç də belə deyildir.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – in xəbər verdiyi Qiyamətin
əlamətlərinin hamısı çəkinəlisi və ya pis əlamət deyildir. Onların
içərisində xeyirli olan əlamətlər də vardır.
PEYĞƏMBƏRİMİZ MUHƏMMƏD – Sallallahu
Aleyhi Və Səlləm – İN GÖNDƏRİLMƏSİ
Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: «Mən Qiyamət günü ilə birlikdə
7
“Fəthul Bəri” 11/347.
8
İmam Əhməd “Musnəd” 5/348, “Fəthul Bəri” 11/348.
9
“Fəthul Bəri” 13/485, ət-Təzkira s. 624.
10
göndərildim, bu iki barmaq kimi». Ravi Şöbə deyir ki: «O şəhadət
barmağı ilə orta barmağını bir-birinə birləşdirdi. Onların bir-birinə olan
üstünlüyü qədər»
10
. İmam Bağavi – rahmətullahi aleyhi – deyir ki,
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – in Allah tərəfindən
göndərilməsi Qiyamətin yaxınlaşmasına səbəbdir. Əbu Cubeyr -
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və
səlləm – buyurdu: «Mən Qiyamət gününün küləyi ilə göndərilmişəm»
11
.
ONUNLA PEYĞƏMBƏRLİYİN, RİSALƏTİN SONA
YETMƏSİ VƏ PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və
Səlləm – İN VƏFAT ETMƏSİ
Auf b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günündən qabaq altı
hadisəni gözləyin: «Mənim ölümümü»
12
. Ənəs - radıyallahu anhu –
rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – Mədinəyə
gələndə bütün şəhər sevinirdi. O, öldüyü gün isə bütün şəhər zülmətə qərq
olmuşdu
13
. Peyğəmbər – sallallahu aleyhi və səlləm – dünyasını
dəyişdikdən sonra Əbu Bəkr və Ömər
- radıyallahu anhum – onun süd
anasını ziyarət etmək qərarına gəlirlər. Qoca qadın ilə görüşdükdə onun
ağladığını görüb deyirlər: «Nə üçün ağlayırsan? Allah Rəsulu üçün Onun
(Allahın) dərgahında daha yaxşıdır» Qoca qadın dedi: «Mən ona görə
ağlayıram ki, artıq vəhylər gəlməyəcəkdir». Bu sözlər Əbu Bəkr və Ömər
- radıyallahu anhum – da ağlamağa məcbur etdi
14
.
BEYTUL-MƏQDİSİN FƏTH EDİLMƏSİ
Auf b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günündən qabaq altı
hadisəni gözləyin: «Qüdsün (Yerusəlimin) fəth edilməsi»
15
. Ömər -
radıyallahu anhu – nun xəlifəliyi dövründə, hicrətin
16-cı ilində Qüds
zəbt olunur və orada bir məscid də inşa edilir
16
.
TAUN XƏSTƏLİYİ
Auf b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günündən qabaq altı
10
“Fəthul Bəri”, Buxari “Rikak” 11/347, Müslim “Fitən”.
11
əd-Daulabi, əl-Albani səhih.
12
Buxari “Cizyə”, “Fəthul Bəri” 6/277.
13
Tirmizi “Mənakib”, “Tuhfətul Əhfazi” 10/87-88, Şueyb əl-Arnaut səhih olduğunu qeyd edir.
14
Müslim “Fadailus Sahabə”, İmam Nəvəvi “Şərh Müslim” 16/9-10.
15
Buxari “Cizyə”, “Fəthul Bəri” 6/277.
16
“əl–Bidâyə vən–Nihâyə” 7/55–57