11
hadisəni gözləyin: «Çox ölənlər olur. Sizin içinizdə heyvanların
burunlarından axan və bir anda öldürən xəstəlik olacaqdır”
17
. İbn Həcər –
rahmətullahi aleyhi – deyir ki: “Bu əlamət Ömər
- radıyallahu anhu – nun
zamanında Qütsün fəthindən sonra Amvasta baş vermişdir”
18
. Taun
hicrətin
18-ci ilində Amvasta baş vermiş və sonra Şam tərəfə də
yayılmışdır. Ölənlərin sayı 25000 min nəfər olmuşdur. Bu ümmətin əmini
olan Əbu Ubeydə b. Cərrah - radıyallahu anhu – da bu xəstəlikdən
ölmüşdür
19
.
MALIN ÇOXALMASI, SƏDƏQƏ VƏ ZƏKATIN
VERİLƏCƏK KİMSƏNİN OLMAMASI
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: “Aranızda mal çoxalmadıqca
Qiyamət qopmaz. Elə ki, mal sel kimi axacaq, mal sahibi sədəqə verəcək
kimsə tapmayacaqdır. Zəkat veriləcək kimsə: “Mənim zəkata ehtiyacım
yoxdur” deyəcəkdir
20
. Əbu Musa - radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: “İnsanlara elə bir
zaman gələcək ki, əldə qızıl zəkat vermək üçün adam axtarılacaq, lakin
zəkat veriləcək kimsə tapılmayacaqdır”
21
. Adiy b. Hatim - radıyallahu
anhu – rəvayət edir ki, Mən Peyğəmbər
– sallallahu aleyhi və səlləm – in
yanında ikən bir nəfər gəlib yoxsulluqdan şikayət etdi. Sonra digər bir
nəfər gəldi və yol kəsən quldurlardan şikayət etdi. Peyğəmbər: “Ey Adiy!
Hirə şəhərini gördünmü?” deyə buyurdu. Adiy: “Xeyr, yalnız eşitdim”
dedim. Peyğəmbər: “Əgər ömrün uzun olsa dəvə üzərində bir qadının
Allahdan başqa kimsədən qorxmadan Kəbəyə gəlib təvaf edəcəyini
görəcəksən” deyə buyurdu. Öz-özümə: “Bizim Tai qəbiləsinin yol
kəsənləri varaaa! (Onların əlindən hara gələ bilər)” dedim. Peyğəmbər:
“Əgər ömrün uzun olsa Kisranın xəzinələrinin fəth ediləcəyini
görəcəksən” deyə buyurdu. Mən: “Kisra b. Hurmuzmu?” dedim.
Peyğəmbər: “Bəli, Kisra b. Hurmuz və əgər ömrün uzun sürərsə qızıl və
gümüş dolu kisəsini çıxarıb zəkat vermək istəyən adamı görürsən. Lakin
zəkat alacaq kimsə olmayacaqdır (tapmayacaqdır). Hər biriniz mütləq bir
gün gələcək aranızda heç bir pərdə, tərcüməçi olmadan Allahla
qarşılaşacaqsınız. O, zaman Allah: “Səni təbliğ edən bir Peyğəmbər
göndərmədimmi?” deyə buyuracaq. O: “Bəli, göndərdin” deyəcəkdir.
17
Buxari “Cizyə”, “Fəthul Bəri” 6/277.
18
“Fəthul Bəri” 6/278.
19
“əl–Bidâyə vən–Nihâyə” 7/94.
20
Buhari “Fitən” 13/81,82, Müslim “Zəkât” 7/97, Nəvəvi Şərhi.
21
Müslim “Zəkat” 7/96 Nəvəvi Şərhi.
12
Allah: “Mən sənə mal vermədimmi? Ikram etmədimmi?” deyə soruşacaq.
Qul: “Bəli, Ey Rəbbim, verdin” deyib sağına baxacaq Cəhənnəmdən
başqa bir şey görməyəcəkdir, soluna baxacaq Cəhənnəmdən başqa bir
görməyəcəkdir”. Adiy - radıyallahu anhu – deyir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim: “Bir xurmanın
yarısı da olsa onu sədəqə verib özünüzü Cəhənnəmdən qoruyun. Kim
yarım xurma tapmazsa gözəl bir sözlə qorunsun”. Adiy: “Allahdan başqa
kimsədən qorxmadan Kəbəni təvaf etməyə gedən dəvə üstündə yaşlı qadın
gördüm. Kisra b. Hurmuzun xəzinələrini ələ keçirənlər arasında mən də
var idim. Əgər sizin də ömrünüz uzun olarsa Əbul Qasımın xəbər verdiyi
kisəsini çıxaran o, adamı görəcəksiniz” dedi
22
. Peyğəmbər – sallallahu
aleyhi və səlləm – in xəbər verdiyi bu əlamətlər həqiqət olmuşdur.
Səhabələrin zamanında İran və Bizansda edilən fəthlərdən sonra mal
çoxalmışdır. Ömər b. AbdulƏziz – rahmətullahi aleyhi - nin dövründə isə
sel kimi axmışdır. Belə ki, sədəqə və zəkat veriləcək bir nəfər də belə
tapılmamışdır. İbn Həcər – rahmətullahi aleyhi - deyir ki: “Böyük
ehtimalla İsa və Mehdi - əleyhimussəllam - ın dövründə, yəni axır
zamanlarda da mal çoxalacaqdır”. Doğrusunu Allah bilir!.
FİTNƏLƏRİN ORTAYA ÇIXMASI
Fitnə - Bəlaya düçar olmaq, imtahan olunmaqdır. Peyğəmbər –
sallallahu aleyhi və səlləm – in bildirdiyi kimi Qəyamətin əlamətlərindən
haqq ilə batilin qarışdırıldığı, imanın zərər gördüyü böyük fitnələrin
ortaya çıxmasıdır. Belə ki, səhəri mömin olaraq oyanan kimsə axşama
kafir olaraq çıxar, mömin olaraq gecələyən kişi səhərə kafir olaraq çıxar.
Əbu Musa əl-Əşari - radıyallahu anhu – rəvayət edir ki, Mən Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: “Qiyamətdən öncə gecə qaranlığı
kimi öldürücü fitnələr ortaya çıxacaqdır. O, fitnələrdə səhər mömin olaraq
oyanan kimsə axşama kafir olaraq çıxar. Axşama mömin olaraq çıxan kişi
səhərə kafir olaraq oyanar. Oturan ayağda duranda daha xeyirlidir.
Ayağda duran isə yeriyəndən, yeriyən isə qaçandan daha xeyirlidir.
Oxlarınızı qırın, yaylarınızı qırın. Qılınclarınızın (iti) tərəfini daşa vurun.
Əgər sizdən biriniz fitnələrə qarışarsa Adəm -əleyhissəlam - ın iki
oğlundan ən xeyirlisi (Habil) kimi olun”
23
. Peyğəmbər – sallallahu aleyhi
və səlləm – buyurdu: «Gecə qaranlığı kimi öldürücü fitnələrdən çəkinin.
(Xeyirli əməllər etməyə çalışın!) Çünki səhəri mömin olan axşama kafir
olacaqdır, axşamı mömin olan isə səhərə kafir olacaqdır. İnsanlar öz
22
Buhari “Mənakib” 25, Fəthul Bâri 6/610-611.
23
Musnəd 4/408, “Sünən Əbu Davud” 11/334 Avnul-Məbud, “Sünən İbn Məcə” 2/1310, Hakim
“Mustədrək” 4/440, əl-Albâni “Câmius Sağir” 2/193, H: 2045.