Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə80/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   72   73   74   75   76   77   78   79   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
160 
– Mən səninçün yaxşı bir bıçaq taparam. Köhnə 
“Ford”un yayını da aparıb itilədərəm. Səncə, bu şiddətli 
brisa
9
neçə gün çəkər?
– Üç gün, bəlkə bir az da çox. 
– Mən hər şeyi hazırlayıb sahmana salaram, sən də o 
vaxtacan əllərinə məlhəm qoyub sağaldarsan.
– Qaydasını bilirəm. Gecə tüpürəndə boğazımdan 
qəribə bir maye gəldi; elə bil sinəmdə nəsə sancdı.
– Onu da sağalt. Özün də uzan dincini al. Rahatlan. 
Mən sənə təmiz köynək gətirərəm. Yeməyə də bir şey 
taparam. 
– Burada olmadığım günlərin qəzetlərini də tap gətir. 
Hansı olsa, fərq eləməz.
– Sən tez sağalmalısan. Bilirsən, mən hələ səndən çox 
şey öyrənməliyəm. Dünyada elə şey yoxdu ki, sən onu 
bilməyəsən. De görüm, çox əziyyət çəkdin? 
– Çox, lap çox.
9
Brisa – sahil küləyi 
(ispanca)


www.vivo-book.com 
161 
– Gedim sənə yemək, bir də qəzet gətirim. Sən yaxşı-
yaxşı dincəl! Aptekdən əllərinə sürtməyə bir şey də tapıb 
alaram.
– Yolüstü Pedrikoya de ki, balığın başını özünə 
götürsün. Denən ha, yadından çıxmasın.
– Yadımdan çıxmaz, arxayın ol. 
Oğlan qapından çıxıb köhnə daş yolla üzüaşağı enəndə 
onu yenə ağlamaq tutdu. 
Həmin gün Terrasa bir dəstə turist gəlmişdi. Onlar 
güclü şərq küləyinin buxtanın girəcəyində dalğaları 
köpürdə-köpürdə körfəzə doğru necə qovduğuna tamaşa 
edərkən ləpədöyəndəki boş pivə qablarının, ölü meduza 
qalıqlarının arasında qabarıb yırğaladığı upuzun, ağappaq 
fəqərə sümüyü ucundakı nataraz quyruqla bərabər turist 
qadınlardan birinin gözünə sataşdı. Qadın onu ofisianta 
göstərib soruşdu:
– O nədir elə?
– Tiburon, – ofisiant cavab verdi. – Köpəkbalığı. 
Ardınca ofisiant istədi ki, baş verənlərin hamısını 
qadına izah eləsin.


www.vivo-book.com 
162 
– Mən bilməzdim ki, köpəkbalıqlarının bu cür gözəl
bu cür zərif quyruğu olurmuş!
– Düzü, heç mən də bilmirdim, – yanındakı kişi qadının 
sözünü təsdiqlədi. 
Bu vaxt qoca yuxarıda, öz komasında yenə üzüqoylu 
uzanıb yatırdı, oğlan da böyründə oturub onun keşiyini 
çəkirdi. Qoca yuxusunda şirləri görürdü. 

Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə