Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə2/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   2   3   4   5   6   7   8   9   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 

– Yox, bala, – qoca razılaşmadı, – indiki yerin yaxşıdır, 
bir halda ki, bəxtin gətirir, elə orada qal.
– Bir dəfə sən səksən yeddi gün hər səhər dənizə 
getdin, amma bir dənə də olsun balıq tuta bilmədin, amma 
sonra biz üç həftə dalbadal dənizə çıxıb, gündə də iri bir 
balıqla qayıtdıq, yadındadır?
– Yadımdadır, – qoca onun sözünü təsdiqlədi, – bilirəm 
ki, yanımdan öz xoşunla getməmisən. Mənə inandığına 
qətiyyən şübhəm yoxdur. 
Məni atam məcbur elədi, – oğlan özünü təmizə 
çıxartmağa çalışdı, – mən hələ uşağam, atama qulaq 
asmalıyam. 
– Doğrudur, – qoca dedi, – çox yaxşı iş tutmusan, 
başqa cür ola da bilməzdi.
– Atam, nədənsə, sizin bəxtinizə o qədər də inanmır. 
– Amma biz inanırıq, elə deyil? 
– Əlbəttə, elədir. İstəyirsən gedək Terrasda bir az pivə 
içək, şeyləri sonra gəlib apararıq. Pivənin pulunu mən 
verəcəm. 


www.vivo-book.com 

– Nə deyirəm ki?! İçək deyirsən, içək! Balıqçı balıqçını 
qonaq eləyər də.
Onlar Terrasa gəlib oturdular. İçəridə çoxlu balıqçı 
vardı; qocanı görəndə zarafatlaşmağa başladılar. Qoca 
zarafatlardan incimirdi. Yaşlı balıqçılar onun halına acısalar 
da, üzdə heç nə büruzə vermir, qocanın hörmətini 
saxlayırdılar. İndi balıqçılar axından, havanın necəliyindən, 
tilovu hansı dərinliyə atmaqlarından danışırdılar; dənizdə 
gördüklərindən, başlarına gələnlərdən dəm vururdular. Bu 
gün balıq ovunda bəxti gətirənlərin, dənizdən əlidolu 
qayıdanların da hamısı buradaydı. İçalatını çıxardıb 
təmizlədikdən sonra balıqları bir-birinə bərkidilmiş qoşa 
taxtaların üstünə köndələninə düzmüşdülər və indi iki adam 
hərəsi taxtanın bir tərəfindən yapışıb onları anbara daşıyırdı; 
anbarda balıqları soyuducuya doldurub, sonra da Havana 
bazarına aparacaqdılar.
Köpəkbalığı tutanlar öz ovlarını limanın o biri 
başındakı balıq zavoduna təhvil vermişdilər; orada balıqları 
tirlərdən asıb üzgəclərini kəsmiş, qara ciyərlərini çıxartmış, 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə