Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə8/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   4   5   6   7   8   9   10   11   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
16 
Qoca gözlərini açdı, bir anlığa haradansa, çox 
uzaqlardan qayıdıb gəldiyini düşündü. Sonra gülümsədi. 
– Hə, nə gətirmisən? – oğlandan soruşdu.
– Axşam yeməyi, hazırlaş şam eləyək.
– Mən bir o qədər də ac deyiləm.
– Di yaxın otur, yeməyini ye. Yeməsən, balıq tutmaq 
olar? 
– Acqarına o qədər balıq tutmuşam ki. 
Qoca bunu deyib ayağa qalxdı, qəzeti əlinə alıb qatladı, 
ədyalı da büküb yerinə qoydu. 
– Ədyalı çiyninə sal. Nə qədər mənim canım sağdır, 
səni acqarına balıq tutmağa qoymaram.
Onda özündən muğayat ol ki, lap çox yaşayasan, – 
qoca dedi. – Yaxşı, yeməyə nəyimiz var?
Düyü ilə qara paxla, banan qızartması, bir də mal 
ətinin soyutması. 
Oğlan Terraslakı balaca restorandan iki tənəkə qabda 
yemək, iki çəngəl, iki bıçaq, iki qaşıq gətirmişdi; hər dəsti 
də ayrılıqda kağız əlsilənə büküb cibinə soxmuşdu.
– Bunları sənə kim verdi?


www.vivo-book.com 
17 
– Martin, restoranın sahibi. 
– Onu görəndə gərək razılıq edəm...
– Mən sənin əvəzindən də dil-ağız elədim, daha sən 
əziyyət çəkməyə bilərsən.
– İri balıq tutanda qarnının altındakı yumşaq ətdən ona 
kefin istəyən ləzzətli pay göndərərəm. Martin bizə tez-tez əl 
tutur, birinci dəfə deyil ki.
– Yox, birinci dəfə deyil.
– Amma dediyim pay az olar. Mən gərək ona nəsə 
əməlli-başlı bir şey verim. Hə, ona əsl yaxşılıq etməliyəm. 
İnsafən, o, bizim əcəb qeydimizə qalır.
– Hələ bu gün pivə də verdi. 
– Mənim ən çox xoşladığım pivə banka pivəsidir. 
– Hə, bilirəm, amma bu gün butulka pivəsi verib. Özü 
də Hauti pivəsidir. Boş şüşələri sabah aparıb qaytarmalıyam. 
– Yadından çıxmasın, mütləq apar ver. Yaxşı, bəs 
yemək hazırdır? 
– Əlbəttə, hazırdır, – oğlan ədəblə dilləndi. – Bayaqdan 
səni gözləyirəm ki, keçib oturasan. Sənsiz qabın ağzını 
açmaq istəmirəm.



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə