Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə4/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   2   3   4   5   6   7   8   9   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 

– Qoy mən gedim sardina dalınca. Tilova taxılası tələ 
yeminin də yerini bilirəm. Dörd dənəsi bəsindir. 
– Səhər apardığım yem olduğu kimi qalır. Qutuda 
duzun içinə qoymuşam.
– Sənə dörd dənə təzəsini də gətirərəm.
– Yaxşı, onda birini gətir, – qoca razılaşdı. 
O, heç vaxt ümidini itirmir, gələcəyə həmişə inanırdı. 
Dənizdən əsməyə başlayan sərin meh indi onun inamını bir 
az da artırmışdı.
– Onda qoy ikisini gətirim, – oğlan əl çəkmədi.
– Yaxşı, sən deyən olsun, – qoca onun xətrinə dəymək 
istəmədi, sonra ehtiyatla soruşdu: – Bura bax, birdən 
oğurluq olar ha?
– Yox, pulla almışam, – oğlan dedi. – Amma girimə 
keçsəydi, əlbət ki, çırpışdırardım.
– Qonaqlığa görə sağ ol.
Qoca təbiətən çox sadə, başıaşağı, təmiz ürəkli, həm də 
təvazökar adamdı; hiylənin, kələyin nə olduğunu bilməzdi
bu da onun şənini daha da artırırdı.
– Axının səmti dəyişməsə, sabah yaxşı gün olacaq.


www.vivo-book.com 

– Sabah sən balıq tutmağa hara gedəcəksən?
– Fikrim uzaqlara getməkdir. Lap erkən çıxacam ki, 
külək səmtini dəyişəndə geri qayıda biləm.
– Mən də qayığın yiyəsini dilə tutub, bəlkə, onu 
uzaqlara apardım, – oğlan gülümsədi, – birdən qarmağına iri 
balıq keçsə, köməyinə gələrik.
– Səninki uzağa getmir, sahildən çox da aralanmır.
– Hə, düz deyirsən, amma bəlkə bu dəfə şirnikdirib 
apara bildim. Onsuz da gözləri yaxşı seçmir, nəsə tapıb 
göstərərəm, lap qoy uzaqlarda uçan qağayılar olsun, nişan 
verib deyərəm ki, oralarda skumbriya var. Qızıl 
skumbriyadan ötrü o lap dünyanın o başına da gedər. 
– Yəni bu dərəcədə pis görür?
– Kordur da.
Qəribədir, – qoca dodaqaltı mızıldandı, – o ki 
ömründə çanaqlı bağa tutmağa getməyib, gözləri nədən 
xarab olsun?
– Sən ki neçə il moskit sahillərinə gedib, çanaqlı bağa 
tutmusan, bəs niyə gözlərin kor olmayıb? Məşəl kimi 
parıldayır. 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə