Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə3/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   2   3   4   5   6   7   8   9   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 

dərilərini soymuşdular; duza qoymaqçün hamısını uzununa 
nazik-nazik yarmışdılar.
Külək gündoğandan əsəndə balıq zavodundan üfunət 
iyi gəlirdi. Amma bu gün külək səmtini dəyişmişdi: əvvəl 
şimaldan əssə də, sonra tamamilə səngimişdi, iy-qoxu da 
xeyli azalmışdı. İndi Terrasda oturub özünü günə verməyin 
ləzzəti ayrıydı.
– Santyaqo... – oğlan dedi. 
– Hə, nolub? – Qoca pivə stəkanını əlində tutub dərin 
fikrə getmişdi; keçmişləri yadına salırdı.
– İcazə ver, gedib səninçün sabaha bir neçə sardina 
tutum.
– Yox! Lazım deyil. Sən get, beysbol oyna. Mən hələ 
özüm avar çəkə bilirəm. Toru isə Rocelio atar.
– Yox, gedəcəm. Bir halda ki, səninlə balığa gedə 
bilmirəm, qoy heç olmasa, başqa işlərdə sənə bir köməyim 
dəysin.
– Məni pivəyə qonaq etdiyin üçün çox sağ ol, maşallah, 
daha yekə oğlansan.
– Məni birinci dəfə dənizə aparanda neçə yaşım vardı? 


www.vivo-book.com 

– Beş yaşındaydın. Az qalmışdı dənizə düşüb 
boğulasan. Balığı tutub qayığa çıxartdım. Başladı 
çırpınmağa, az qaldı qayığı sındırıb tikə-tikə etsin. 
Yadındadır? 
– Əlbəttə, yadımdadır. Hə, yaman çırpınırdı, 
quyruğuyla elə vurdu ki, qayığın oturacağı da sındı. Amma 
sən də toppuzla o ki var əzişdirdin onu... Yadımdadır ki, 
qayıq əsim-əsim əsirdi, sən də məni götürüb qayığın 
burnuna, yaş avadanlığın üstünə tulladın. Sən onu elə 
döyəcləyirdin ki, elə bil odun doğrayırdılar. Hər tərəf qan 
içindəydi, qan iyindən nəfəs almaq olmurdu.
– Doğrudanmı, yadında belə yaxşı qalıb, yoxsa mən 
sonralar danışanda eşitmisən?
– Səninlə dənizə çıxdığım birinci gündən bəri nə olub-
keçibsə, hamısı yadımdadır. 
Qoca günün altında qalmaqdan qan çəkmiş gözləriylə 
oğlanı oxşadı; onun baxışlarından etibar və nəvaziş yağırdı.
– Doğma oğlum olsaydın, heç nəyə fikir verməyib
riskə gedərdim, səni özümlə dənizə aparardım. Amma sənin 
öz atan-anan var, özün də uğurlu qayığa düşmüsən.



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə