Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə9/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   5   6   7   8   9   10   11   12   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
18 
– Mən hazır, – qoca həvəslə qabağa yeridi, amma tez 
də əlavə elədi: – Yox, əvvəlcə əl-üzümü yumalıyam.
Oğlan fikirləşdi ki, görəsən, qoca harada yuyunur?
Bütün qəsəbə camaatı suyu qocanın komasından iki 
küçə o yandan, aşağı məhəllədən, yol qırağındakı krandan 
götürürdü. “Gərək gedib su, sabun, yaxşı bir əl-üz dəsmalı 
gətirəydim. Gör nə kütbeyinəm. Ona köynək, qış gödəkcəsi, 
ayaqqabı, bir dənə də əlavə ədyal tapmaq lazımdır”. 
Qoca yeyə-yeyə xörəyi təriflədi:
– Soyutma ət əcəb ləzzətlidir.
– Bəlkə bir az beysboldan danışasan mənə. Nə 
yazıblar? İşlər necədir?
– Necə olacaq, mən deyən kimi, – qoca məmnun 
görkəmlə sözə başladı. – Amerika liqasında “Yankilər” 
birinci yerdədir.
– Bəs axı bu gün “Yankilər” uduzublar. 
– Bir dəfə uduzanda nolar ki? Böyük şey olub? Di 
Macio hələ özünü bundan sonra göstərəcək.
– Komandanın bütün uğuru tək ondan asılı deyil ki. 
Başqa oyunçular da var.


www.vivo-book.com 
19 
– Orası elədir. Amma Di Macio ayrı aləmdir, oyunun 
taleyi 
ondan 
asılıdır. 
İkinci 
liqada 
bruklinlilər 
filadelfiyalılardan şanslıdır. Hələ bir de görüm, Dik Sayzler 
sənin yadındadır? Yadına gəlir Əski parkdakı oyunda topa 
necə zərbə ilişdirirdi?!
– Əsl ustadır! Hələ indiyəcən topu onun tək uzağa 
vuran ikinci bir oyunçu görməmişəm.
– Onun Terrasa gəlməsi yadındadır? İstədim yaxınlaşıb 
onu balıq ovuna dəvət edəm. Utandım. Sənə dedim, sən də 
gedib demədin, utandın.
– Yadımdadır, necə yadımda deyil. Çağırmamaqda 
böyük səhv elədik. Nə bilmək olar, bəlkə bizimlə gedərdi? 
Ömrümüz uzunu onunla balığa getməyimizdən danışıb 
qürrələnərdik!
– Getsəydi, lap Di Macionun özünü də balıq ovuna 
aparardım, – qoca dərindən köks ötürdü. – Deyirlər vaxtilə 
onun da atası balıqçıymış. Kim bilir, bəlkə elə o da bizim 
kimi kasıb olub. Belədirsə, onda halımızı başa düşərdi.
– Ustad Sayzlerin atası heç vaxt kasıb yaşamayıb. Mən 
yaşda olanda o ən məşhur komandalarda oynayırmış.



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə