www.vivo-book.com
25
bir az qızışandan sonra üşütmə keçib-gedəcək; hamısı
qayıqda oturub avar çəkməyə bənd idi.
O, qapını aralayıb asta, yumşaq addımlarla otağa girdi.
Oğlan qabaq tərəfdə, taxtın üstündə yatmışdı. İçəri solğun ay
işığı düşmüşdü və bu işıq qocanın oğlanı
görməsi üçün
kifayət elədi: o, uşağın qıçından yapışıb ta ayılana qədər
buraxmadı. Oğlan yerinin içində dikəlib gözlərini açdı, bir
qədər çaşqın halda qocaya baxdı. Qoca isə başını tərpədib
işarə verdi ki, vaxtdır. Oğlan əlini uzadıb böyürdəki kətilin
üstündən şalvarını götürdü, qalxıb çarpayıda
oturdu və
şalvarını geyinməyə başladı.
Qocanın arxasınca qapıdan çıxanda o hələ də
yuxuluydu. Qoca qolunu oğlanın boynuna saldı:
– Bağışla...
– Que va! – oğlan cavab verdi. – Neyləməli, biz
kişilərin taleyi belədir.
Onlar daş döşənmiş yolla üzüaşağı, qocanın komasına
tərəf gedirdilər. Bayır adamla doluydu. Balıqçılar bellərində
avadanlıq, çiyinlərində dorağacı,
əllərində müxtəlif şeylər