Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə20/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   16   17   18   19   20   21   22   23   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
40 
tamaşa edər, həm də sevinərdi. Gözlərinə ziyan dəyməsin 
deyə, çanaqlı bağalar onları görəndə gözlərini bərk-bərk 
yumub ön tərəfdən qarşılarını kəsir və qovuqcuqları qol-
budaqları ilə birlikdə hərisliklə içəri ötürürdülər. Fırtına 
vaxtı dalğalar sahilə çoxlu fizaliya tullayırdı; qoca sakit 
havada onları tapdalaya-tapdalaya gəzirdi. Yeridikcə 
qovuqlar onun qabarlı ayaqları altında qalıb partlayır, bu da 
qocaya xüsusi ləzzət verirdi.
Nərmə-nazik və çevikliyinə, həm də baha qiymətə 
satıldıqlarına görə yaşıl tısbağaları qoca çox xoşlayırdı, 
sarımtıl zirehli yöndəmsiz və səfeh bağaların cinsi əlaqədə 
şıltaq davranışları, portuqal fizaliyalarını gözüyumulu 
vəziyyətdə hərisliklə sümürmələri isə onda ikrah doğururdu.
Qocanın qəlbində tısbağalardan yana heç bir mövhumi 
qorxu xofu yox idi, baxmayaraq ki, çanaqlı bağa ovçularıyla 
birgə uzun illər ardıcıl şəkildə bağa ovuna getmişdi. 
Qocanın onlara yazığı gəlirdi; lap bir ton ağırlığı olan ən 
nataraz bağalara, adına lut dedikləri qayıq uzunluqdakı 
qalınqabıq tısbağalara da acıyırdı.


www.vivo-book.com 
41 
Adamların böyük əksəriyyətinin tısbağalara münasibəti 
qəddar və amansızdır, neyçün ki, bağa ürəyi onları 
öldürəndən və tikə-tikə kəsib-doğrayandan sonra da hələ 
xeyli müddət döyünməkdən qalmır. Qoca düşündü: “Mənim 
ürəyim xalis bağa ürəyidir ki, var; elə əl-ayağım da eynən 
çanaqlı bağaların pəncəsi kimidir”. O, gücü artsın deyə 
vaxtaşırı çoxlu ağ bağa yumurtası yeyirdi. May ayının 
əvvəlindən axırına qədər bu yumurtalarla qidalanırdı ki, 
sentyabr və oktyabr aylarında – balıq ovunun qızğın çağında 
qüvvəsi daha da çoxalsın.
Qəsəbədə xüsusi bir dam vardı, balıqçıların bəziləri ov 
şeylərini gətirib ora yığardı; orada köpəkbalığının ciyərindən 
emal edilmiş yağ saxlanan çəlləklər vardı və kim istəsə
gedib bu yağdan içə bilərdi. Qoca da tez-tez yolunu buradan 
salıb hər dəfə tayqulp dolusu yağ içərdi. Çoxları yağın 
tamını bəyənməsə də, qoca belə düşünürdü ki, hər halda, 
onu içmək, səhərin gözü açılmamış şirin yuxudan durub 
alaqaranlıqda dənizə getməkdən heç də bəd deyildi. Bu, çox 
faydalı yağ idi; içəndə adamın gözlərinə işıq gəlirdi, həm də 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə