Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə18/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   14   15   16   17   18   19   20   21   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
36 
Quş qanadlarını geniş açıb lap yüksəyə qalxdı, dövrə 
vurmaqda davam edib qəfildən bayaqkı sürətlə aşağı cumdu. 
Qoca bunu əlüstü sezib dənizə baxdı. Qanadlı balıqlar sudan 
sıçrayıb 
havada 
uçur, 
hoppana-hoppana 
yerlərini 
dəyişirdilər.
– Skumbriya! – qoca bərkdən qışqırdı, – gör nə iridir!
Kürəkləri sudan çıxartdı, oturacağın altından xırda bir 
tilov götürdü, tilovun ucuna məftillə balaca bir qarmaq 
bağlanmışdı. Sardinalardan birini qarmağa taxıb tilovu suya 
atdı, tilov ipinin o biri ucunu kormaya
3
bənd edilmiş halqaya 
bağladı. Başqa bir qarmağa da sardina sancıb onu tilov 
ipiylə bir yerdə oturacağın altında sərin bir yerə qoydu. 
Təzədən yerində oturdu, avar çəkə-çəkə başını qaldırıb göyə 
baxdı. Yırtıcı quş lap alçaqdan uçurdu. O, qəfildən suya endi 
və orada gördüyü qanadlı balığı tutmağa can atdı; quş 
qanadlarını vəhşicəsinə bir-birinə və böyürlərinə çırpırdı. Bu 
vaxt qoca suyun köpüklənə-köpüklənə aşıb-daşdığını gördü, 
3
Korma – qayığın arxa tərəfi
 


www.vivo-book.com 
37 
– bu, ondan canını qurtarmağa çalışan qanadlı balığın 
ardınca cummuş qızıl skumbriya idi. Dənizdən sıçrayıb 
qalxan və ildırım sürətiylə yırtıcı quşdan uzaqlaşan 
skumriya elə istiqamət götürmüşdü ki, üst tərəfdən uçan 
qanadlı balıq birbaşa qabağına düşsün – o, öz şikarını 
yolüstü, asanlıqla qamarlamaq istəyirdi. 
Qoca düşündü: “Görünür, hardasa bu aralarda qızıl 
skumriyanın sürüsü var, onlar həmişə bir-birindən bir az 
aralı üzürlər ki, biri şikarı əldən buraxdıqda digəri onu 
qamarlaya bilsin. Buna görə də skumriyadan can qurtarmağa 
şikarın heç bir imkan qalmır. Yırtıcı quşun isə onu tutmağa 
ümidi azdır, çünki qanadlı balıq həm iridir, həm də çox cəld 
uçur; onun sürəti quşunkundan artıqdır”. 
Qoca oturub tamaşa edirdi. Qanadlı balıq bir neçə dəfə 
sudan sıçrayıb yerini dəyişdi, quş isə ondan xeyli ləng 
tərpənirdi. “Skumriyalar əlimdən çıxdı, – qoca düşündü. – 
Yaman cəld üzürlər, onlara çatmaq olmaz. Görək də, bəlkə 
bir-ikisi sürüdən dala qalıb mənə qismət oldu. Kim bilir, ola 
bilsin ki, mənim iri balığım elə bunların arasındadır. Hara 
getsə, o elə buralarda olasıdır”. 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə