Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə26/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   22   23   24   25   26   27   28   29   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
52 
Balıq tilova keçməmişdən qabaq qoca öz həsir 
şlyapasını qulaqlarına qədər basmışdı; indi şlyapanın 
qıraqları alnını kəsirdi. Susuzluqdan ürəyi yanırdı. Kəndir 
tərpənməsin deyə dizləri üstə çöküb ehmalca qayığın 
burnuna tərəf süründü, əlini uzadıb şüşəni götürdü, tıxacı 
çıxardıb bir neçə qurtum su içdi. Sonra qayığın burnuna 
tərəf əyildi, yanını köhnə, yamaqlı yelkənin sarındığı 
dorağacının üstünə basıb nəfəsini dərməyə, dincini almağa 
başladı. Çalışırdı ki, qayıq üzdükcə qüvvəsini qorumaqdan 
başqa özgə heç nə barəsində düşünməsin.
Dönüb arxaya nəzər saldı: sahil görünmürdü.
Fikirləşdi ki, eybi yoxdur, axşam düşsə, ulduzları nişan 
götürüb işığın köməyi ilə geri qayıdaram. Günün batmasına 
hələ iki saatdan çox qalıb, bəlkə balıq suyun üzünə çıxdı. Ya 
da ay doğanda, lap uzaqbaşı bu da baş tutmasa, çox güman 
ki, sabah gün çıxanda mütləq suyun üstünə qalxar. Əllərim 
hələlik ağrımır, qüvvəmi də itirməmişəm. Nə istəyir, qoy 
eləsin, qarmağı ki, udub. Axı bu necə balıqdır ki, heç cür 
üzə çıxmır? Görünür, məftil ağzına elə bərk ilişib ki, 


www.vivo-book.com 
53 
çənəsini aça bilmir. Keşkə üzə çıxaydı, bir yaxşı-yaxşı ona 
baxaydım. Görəydim məni incidən bu balıq nə balıqdır belə.
Ulduzlara baxa-baxa təyin etdi ki, balıq bütün gecəni 
eyni səmtə üzüb; o nə cəhəti, nə də istiqaməti dəyişirdi.
Gün batandan sonra hava xeyli soyudu; qocanın 
kürəyində, çiynində, qollarında, yorğun qıçlarında tər 
puçurları qurumuşdu: indi canını soyuq kəsirdi. Yem 
qutusunun üstünə örtdüyü kisəni bayaqdan günə sərib 
qurutmuşdu. Götürüb kisəni boynuna doladı, kənarlarını 
kürəyinə saldı, uclarını ehmalca qaytanın altına keçirtdi; 
qaytan indi çiyinlərini az kəsirdi. Beləcə, qayığın burnunda 
oturub, bir az qabağa əyilərək dincini alırdı. Əslində, yeri 
rahat deyildi, lakin özünü inandırmaq istəyirdi ki, guya çox 
yaxşı dincəlir.
“Hələlik nə mən balığa bir şey eləyə bilirəm, nə də 
balıq mənimlə bacara bilir. Görəsən, indən belə nə həngamə 
qopacaq?” 
Yerindən qalxıb qayığın kənarından dənizə peşab elədi, 
ulduzlara baxıb istiqaməti müəyyənləşdirdi. Çiynindən 
aşırdığı və birbaşa suyun altına gedən tilov ipi fosfor təki 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə