Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə22/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   18   19   20   21   22   23   24   25   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
44 
O, həmişə tək qalanda özüylə danışardı, buna nə 
vaxtdan adət etdiyi isə yadında deyildi. Əvvəllər tək olanda 
zümzümə eləyərdi; yelkənli gəmilərdə gecə növbəsinə 
çıxanda da, çanaqlı bağa ovuna yollananda da həmişə mahnı 
oxuyardı. Özüylə danışmağa başlaması yəqin oğlan başqa 
qayığa keçəndən sonra olmuşdu. Nəsə, dəqiq yadına 
düşmürdü. Oğlanla bir yerdə balıq tutduqları vaxt onlar 
yalnız lazım olanda – gecələr, bir də pis havalarda bekar 
qalarkən danışardılar: dənizdə boş-boşuna laqqırtı vurmaq 
adət deyildi və qoca bu adətə ciddi riayət edərdi. Amma axır 
vaxtlar fikrindən keçənləri tez-tez dilə gətirirdi; əlbəttə, 
orasını da yaxşı bilirdi ki, onun tənhalıqda bu cür öz-özünə 
danışmağı kiminsə zəhləsini töküb başını ağrıtmır.
“Öz-özümlə danışmağımı kənardan eşitsələr, yəqin ki
başıma hava gəldiyini güman edərlər”, – o, hələ də 
çapalayan tunesə baxıb dedi. – Hərgah, doğrudan da 
havalanmamışamsa, onda öz-özümlə danışmağım kimin nə 
işinə qalıb? Varlıların nə vecinə: qayıqlarına radio qoyub 
istədikləri şeyə qulaq asırlar, beysbol yeniliklərindən də 
vaxtında xəbər tuturlar”.


www.vivo-book.com 
45 
“İndi beysbolu fikirləşmək vaxtı deyil, – qoca öz-özünə 
dedi, – indi düşünüləsi bir şey varsa, o da mənim nə üçün 
doğulmağımdır. Doğrudan da, axı mən neyçün, nədən ötrü 
doğulmuşam? Əlbəttə, balıq tutmaqçün. Yəqin mənim iri 
balığım bu xırım-xırda balıqlarla bir yerdə üzür, mənsə vur-
tut dəstədən azmış balaca bir albakore tuta bilmişəm. Bu 
balıqlar sahildən çox uzaqda üzürlər, özü də yaman sürətlə 
üzürlər. Bu gün nəsə dənizdəki şeylər hamısı çox cəld 
tərpənir, hamısı da gündoğana tərəf tələsir. Bəlkə günün bu 
vaxtında həmişə belə olur? Ya bəlkə hamısı havanın 
dəyişməyindəndir? Hər nədirsə bilmirəm, səbəbi mənə 
məlum deyil”.
Dənizin qırağındakı yaşıl zolaq yoxa çıxmışdı, yalnız 
uzaqda mavi təpələr görünürdü. Onların arxasından göyə 
yüksələn buludlar başı qarlı uca dağları andırırdı. Dəniz tünd 
rəngə çalırdı, günəşin qızılı telləri sularda bərq vurduqca 
ətrafa rəngarəng şəfəqlər yayılırdı. Qoca yalnız şüaların 
əmələ gətirdiyi ayrı-ayrı əlvan ləkələri, bir də dənizin dibinə 
bir mildən ziyadə getmiş yoğun tilov iplərini görürdü. 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə