Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə24/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   20   21   22   23   24   25   26   27   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
48 
– Yeyəcək! Ağzı nədir yeməsin, – qoca qışqırdı, – 
Allah özü onun ruzisini yetirib...
Amma deyəsən balıq tilova gəlmədi, yan keçdi. Tilov 
ipi daha tərpənmirdi. Qoca heç nə başa düşmədi.
Gedə bilməz, Həzrət İsa özü onu getməyə qoymaz. 
Yəqin yerini dəyişdirir. Çox güman ki, əvvəllər bir dəfə də 
qarmağa keçib, odur ki, indi ehtiyatlı davranır.
İp yüngülcə tərpəndi, qocanın da kefi kökəldi. 
– Dedim axı, yerini dəyişdirir, mütləq tilova gələcək.
İpin yenə yavaşdan tərpənməsi qocanı sevindirdi, lakin 
o gözlənilməz, ağır təkandan sarsıldı. Görünür, balıq çox 
yekə, çox da ağır idi; qoca tilov ipini buraxdı, qaytan sürüşə-
sürüşə, sürətlə aşağıya getdi; dərinə, lap dərinə getdi. Qoca 
ehtiyat üçün saxladığı kələflərdən birini işə saldı. Qaytan 
dərinə getdikcə o, barmaqlarına düşən gücdən balığın 
nəhəngliyini açıq-aydın hiss edirdi. 
– Bu balıq nə yekəlikdədir? – təəccüblə mızıldandı. – 
Görünür, qarmağı köndələninə udub, o da ilişib ağzına; indi 
xilas olmağa can atır, kəndiri qırıb qaçmaq istəyir.
Qoca fikirləşdi: “Çevrilib qarmağı udacaq”.


www.vivo-book.com 
49 
Ancaq düşündüyünü dilə gətirməkdən çəkindi; ona elə 
gəlirdi ki, yaxşı arzunu bərkdən söyləyəndə baş tutmaz. 
Qarmağa keçən balığın çox yekə olduğunu anlayırdı; o, 
balığın bu saat ağzına köndələninə keçmiş qarmağı da, ona 
sancılmış tunesi də götürüb dənizin dərin qatlarına cummağa 
necə can atdığını yaxşı təsəvvür edirdi. Balıq tərpənəndə 
qoca onun nə ağırlıqda olduğunu çox yaxşı bilirdi. Birdən 
ağırlıq çoxaldı, qoca da ipi tam boşaltdı, sonra bir anlığa onu 
barmaqları arasında saxlayıb gözlədi, ağırlıq və gərginlik 
yenə artıb gücləndi, qaytan aşağı dartılmağa başladı. 
– Əməlli-başlı tutdu! 
Qoca rahatlandı, sonra qaytanı dənizə buraxa-buraxa 
sol əli ilə iki kələfin ipini açıb onu ikinci qarmağın ehtiyat 
kələfinə caladı. İndi o, nəhəng balıqla vuruşmağa tam hazır 
idi. Dənizə salladığından başqa, hələ hər biri qırx dəniz 
sajeni uzunluğunda olan üç ehtiyat kələfi də vardı. 
“Bir az da ud görək, – deyə qoca xəyalən balığa 
müraciət elədi, – yaxşı-yaxşı ud! Elə ud ki, qarmağın ucları 
gedib düz ürəyinin başına batsın, sonra da suyun üzünə 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə