Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə32/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   28   29   30   31   32   33   34   35   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
64 
sən gərək belə yorulmayaydın axı. İşə bax sən allah, indinin 
quşları da dəyişib! 
“Qırğılarsa sizin arxanızca uçub dənizə gəlir” – qoca 
fikrindən keçirtdi, amma düşündüyünü quşa demədi. 
Fikirləşdi ki, onsuz da quş onu başa düşməyəcək, qırğının nə 
olduğunu isə həyat özü ona öyrədər.
– Quşcuğaz, yaxşı-yaxşı dincini al, sonra da sahilə uç, 
həyat uğrunda mübarizə apar, yaşamaq uğrunda vuruş: necə 
ki hər adam vuruşur, hər balıq, ya hər quş vuruşur.
Quşla etdiyi söhbət qocaya təskinlik verib onu bir 
qədər özünə gətirdi; qoca özündə bir gümrahlıq duydu. 
Bütün gecə ərzində kürəyi bərk ağrımışdı, ağrı elə indi də 
onu əməlli-başlı incidib kələyini kəsirdi.
– Quşcuğaz, istəyirsən mənimlə qal. Səni apararam öz 
evimə, – qoca onu əzizlədi. – Amma heyf ki, yelkəni açıb 
səni sahilə çıxarda bilməyəcəm. Baxmayaraq ki, yüngülcə 
külək də qalxmağa başlayır, amma bu yenə mümkün deyil, 
çünki mən dənizdəki dostumu heç cür qoyub gedə 
bilmərəm.


www.vivo-book.com 
65 
Bu vaxt balıq ipi qəfildən elə dartdı ki, qoca kəlləsi üstə 
qayığın içinə yıxıldı; əgər qayığın kənarından yapışıb tilov 
ipini bir qədər boşaltmasaydı, yəqin ki, birbaşa dənizə 
düşəcəkdi. 
İp titrəyən kimi quş havaya qanadlanmışdı; amma qoca 
onun uçub getməyinə əhəmiyyət vermədi. Qaytanı diqqətlə 
yoxlayanda sağ əlinin qanadığını gördü və ucadan dedi: 
– Görünür, balığı da orda nəsə bərk incidir. 
Sonra şikarını üzüstə aşırtmaq ümidiylə tilov ipini 
dartıb, əvvəlkitək tarım saxladı; kəndirə söykənmiş 
vəziyyətdə əyilib gözləməyə başladı. 
– Hə, balıq, indi necəsən? İp səni incidir? – qoca xəbər 
aldı və tez də əlavə elədi: – Allah özü şahiddir ki, elə məni 
də bərk incidir.
O, gözləriylə quşu axtardı, çünki kiminləsə danışmaq 
istəyirdi. Amma quş heç yerdə gözünə dəymədi. Quş 
yanında olanda qoca özünü tənha hiss etmirdi; onda sanki 
ağrıları da bir qədər azalırdı. 
“Quşcuğaz, mənim yanımda az qaldın. Sahilə 
çatanacan çox əziyyət çəkəcəksən, – ürəyində dedi. – Necə 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə