Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə35/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   31   32   33   34   35   36   37   38   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
70 
Qoca nazik, uzunsov tikələrin hamısını bir-bir çeynəyib 
uddu, sonra dikəlib əlini şalvarına sildi və ucadan dedi:
– Hə, sol əlim, indi sən ipi buraxıb dincələ bilərsən. 
Sənin şıltaqlığından qurtarmaq üçün qaytanı sağ əlimlə idarə 
edirəm.
O, sol ayağını bayaqdan bəri sol əliylə tutduğu yoğun 
ipin üstünə qoydu, geriyə əyilib bütün ağırlığı kürəyinə 
verdi. 
– İlahi, özün kömək elə ki, sol əlimin keyi açılsın, 
yoxsa bu yekə balıq başıma oyun açar. 
“Hələ ki sakitdir; əvvəldən nə cür başlamışdısa, o cür 
davam edir, – qoca düşündü. – Görəsən, neyləmək 
istəyir? Yaxşı, bəs mən özüm nə etməliyəm? Natarazın 
hərəkətlərindən nəticə çıxarıb, gərək elə buradaca, ayaqüstü 
bir qərara gəlim. Üzə çıxsa, onda mən onu öldürərəm. 
Amma çıxmır axı, deyəsən, heç çıxana da oxşamır. Hərgah 
çıxmasa, onda bəs mən neyləməliyəm? Özümü suya atıb 
həmişəlik onunla bərabərmi qalmalıyam?” 
Keyləşmiş sol əlini şalvarına sürtüb barmaqlarını 
açmağa cəhd göstərsə də, bir şey çıxmadı. Düşündü: “Gün 


www.vivo-book.com 
71 
dəysə bəlkə açılar. Ya da qarnımdakı çiy ət həzmə gedəndən 
sonra açılacaq. Lazım olsa, lap zorla açılmalıdır. Ancaq indi 
heç mən özüm də onu zor gücünə açmaq istəmirəm. Qoy 
özü yumşalıb açılsın. Gecə cürbəcür kəndir-qaytanı götürüb 
doğrayanda, bir-birinin ucuna calayıb düyünləyəndə mən 
onu çox incitdim, çox işlətdim, axırda da yorub heydən 
saldım”. 
Ətrafa nəzər yetirib göz işlədikcə uzanan dənizə baxdı, 
tək-tənha olduğunu yalnız indi anladı. O, günəş tellərinin 
tünd sulara necə dəyib sınmasına, parçalanaraq əlvan 
rənglərə çevrilməsinə, dənizin dərinliklərinə gedən tilov 
ipinə, okeanın hamar səthinin qəribə tərzdə ləpələnməsinə 
tamaşa edirdi. Tropik sahil küləyinin əsəcəyindən xəbər 
verən buludlar göydə get-gedə daha çox sıxlaşıb 
komalaşırdı. Qoca başını qaldırıb baxanda yuxarıda vəhşi 
ördəklərin qatarla uçduğunu gördü. Mavi, bozumtul səmada 
onlar necə də aydın nəzərə çarpırdılar! Ördək qatarı qəfildən 
dağılışdı, sonra təzədən bir dəstədə süzməyə başladı. Qoca 
başa düşdü ki, insan dənizdə heç vaxt tək qalmır. 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə