Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə36/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   32   33   34   35   36   37   38   39   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
72 
O, bəzilərinin kiçik qayıqda, açıq dənizdə tək 
qalmaqdan necə qorxduqlarını yada saldı; düşündü ki, təkcə 
havanın qəfil dəyişdiyi aylarda dənizdə tək qalmaqdan 
çəkinmək olar. İndi tufan-fırtına fəsli olsa da, hələ arada heç 
bir şey yox idi: ilin ən yaxşı çağlarıydı.
Qoca 
fikirləşdi 
ki, dənizdə fırtına olacağını 
qabaqcadan, özü də bir neçə gün öncədən asanlıqla duymaq 
olur. Bunun xüsusi əlamətləri var. Sahildə isə bu nişanələri 
sezmək olmur, çünki baxılası bir şey yoxdur. Bir də sahildə 
buludların forması, görkəmi tamam başqa cür olur. 
Hələliksə heç bir fırtına təhlükəsi gözlənilmir. 
O, göyə baxanda qalaq-qalaq ağ bulud topalarını gördü; 
dondurmaya oxşadığından qoca onları yaman xoşlayırdı, 
daha yüksəklərdə isə pərquvari, şəffaf buludlar uçurdu. 
– Balıq, bu əsən sahil küləyi mənim xeyrimə, sənin isə 
ziyanına olacaq, – qoca dedi. 
Onun sol əli yavaş-yavaş hərəkətə gəlsə də, hələ qıc idi. 
Qoca düşündü: “Qıcolmadan zəhləm gedir. İşin qızğın 
yerində bədənin qıc olması namərdlikdir. Balıqdan 
zəhərlənib adamların yanında qusmaq, ishala düşmək nə 


www.vivo-book.com 
73 
qədər rüsvayçılıq olsa da, bədənin qıc olub keyiməsi 
(fikrində o, bunu 
calambre 
adlandırdı) ondan betərdir, adam 
tək-tənha, köməksiz olduğu halda isə bu – xalis əclaflıqdır”. 
“Oğlan burada olsaydı, – qoca yenə düşündü, – sol 
qolumu dirsəkdən aşağı ovuşdurub əlimin keyini açardı. 
Amma eybi yoxdur, öz-özünə də açılar”.
Bu vaxt sağ əlində tutduğu ipin qismən boşaldığını 
duydu. Dənizə nəzər saldıqda tilov ipiylə su səthinin əmələ 
gətirdiyi meyl bucağının dəyişdiyini gördü. Qoca bədənini 
arxaya verdi, sol əlini baldırına döyəclədi, kəndir tədricən 
yuxarı, suyun üstünə qalxırdı. 
– Balıq üzə çıxır. Əlim, di özünə gəl! Di açıl! 
Yalvarıram sənə... 
Tilov ipi aramla yuxarı qalxırdı. Nəhayət, qayığın düz 
yaxınlığındaca okeanın hamar səthi qabardı, balıq üzə 
çıxmağa başladı, di gəl ki, heç cür çıxıb qurtarmaq bilmirdi. 
Bu nəsə möcüzəyə oxşar bir şey idi: balığın yanlarından su 
fəvvarətək vurur, beli günəş şüalarının altında par-par 
parıldayırdı. Balığın başı və quyruğu tünd bənövşəyi rəngdə 
idi, böyürlərinin uzun, enli zolaqları günün altında zərif 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə