Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə38/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   34   35   36   37   38   39   40   41   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
76 
olduğumdan daha yaxşı düşünəydi, əvəzində mən də onun 
arzuladığı kimi olmağa çalışardım. Düzünə qalsa, elə mən 
özüm də belə bir nəhəng balıq olmaq istərdim: bir şərtlə ki, 
məndəki iradə, ayıqlıq, zəka da özümdə qalaydı, balıqdakı 
güc də məndə olaydı”. 
O, qayığın kənarında oturub ağrıya və bütün 
əziyyətlərə dözə-dözə taxtaya söykəndi; balıq əvvəlki kimi 
qabağa üzür, qayıq tutqun rəngə çalan suları yara-yara 
aramla onun ardınca gedirdi. Şərqdən qalxan xəfif külək 
dənizi ləpələndirirdi. 
Günorta vaxtı qocanın qıc olmuş əli tamam açıldı. 
– Balıq, onu bilirsənmi ki, əsməyə başlayan bu külək 
sənə qara xəbərlər gətirir? – qoca soruşdu.
O, çiynindəki kisənin üstündən keçən ipi kürəyinə tərəf 
meylləndirdi. Özünü qismən yaxşı hiss etsə də, dözülməz 
ağrı və əziyyət əvvəlki kimi qalmaqdaydı.
– Mən dindar deyiləm, amma bu balığı tuta bilsəm, on 
dəfə “Həzrət İsa”, bir elə də “müqəddəs Məryəm” duasını 
oxuyaram; üstəlik, Kobren madonnası kilsəsinə gedib ibadət 
edərəm.


www.vivo-book.com 
77 
Qoca bilaixtiyar duaya başladı. Yorğunluğun 
ucbatından hərdənbir sözlər onun yadından çıxırdı; bunu 
duyduqca duanı daha yeyin oxuyurdu ki, söz sözü çəkib 
gətirsin, yaddan heç nə çıxmasın. Oxuya-oxuya onu da 
yəqin etdi ki, “müqəddəs Məryəm” duasını təkrarlamaq heç 
demə “Həzrət İsa” duasından daha asanmış.
– Ey Tanrının bakirə anası, ey məsum Həzrəti-Məryəm, 
Allahın özü səninlədir. Qadınların ən uğurlusu, ən 
bəxtəvərisən, mübarək bətnindən biz bəndələrə xilaskar 
Həzrəti-İsanı sən əta etmisən. Amin! Ey Tanrının bakirə 
anası müqəddəs Həzrəti-Məryəm, biz günahkar bəndələrin 
bağışlanması üçün indi də, biz öləndən sonra da dua elə! 
Amin! Ey müqəddəs Tanrı anası, bu balıq çox gözəl olsa da, 
dua elə ki, canını tapşırsın!
Qoca duanı oxuyub qurtarandan sonra özündə xeyli 
yüngüllük duydu, lakin çəkdiyi daimi ağrı və əziyyət 
qətiyyən azalmadı, əksinə, daha da artdı. Qayığın 
burnundakı taxtaya söykənmiş halda, sol əlinin barmaqlarını 
oynatmağa başladı.
Xəfif yel əssə də, hava isti idi. Qoca dedi: 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə