Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə46/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   42   43   44   45   46   47   48   49   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
92 
Sonra fikirləşdi: “Təsəvvür elə ki, insan oğlu hər gecə 
ayın, ya da hər gün günəşin ovuna çıxır, onları tutub 
öldürməyə cəhd edir. Onlar da adamdan qaçır. Onda nə 
olardı görəsən? Yaxşı ki, belə olmayıb, bu məsələdə 
bəxtimiz əcəb gətirib”.
Balıq ac olduğuna görə qocanın ona yazığı gəlirdi, 
lakin bu rəhmdillik onun balığı öldürmək qərarına heç də 
təsir etmədi. Fikirləşdi ki, gör bu balıq neçə adamı 
doyduracaq, amma həmin adamlar onun ətini yeməyə 
layiqdirlərmi? Əlbəttə yox! Heç kəs bu balığı yeməyə layiq 
deyil. Bir bax, gör o necə məğrur, nə qədər alicənabdır!
“Mənim çox şeydən başım çıxmır, – qoca düşündü. – 
Çox şeyi bilmirəm. Amma nə yaxşı ki, biz günəşi, ayı, 
ulduzları məhv etmirik, onları tutub öldürmürük. Doğma 
qardaşlarımızı öldürmək, dənizdən qopara bildiyimiz 
nemətlərin hesabına yaşamaq bizə bəs edir. Mən indi əyləc 
haqqında fikirləşməliyəm. Kürəklərdən düzəldəcəyim əyləc 
bir yandan faydalı olsa da, digər tərəfdən ziyan verə bilər. 
Balıq qaçmaq istəsə, güc vuran kimi tilov ipini qırıb aparar. 
Əyləc qayığın sürətini azaldar, onu ağırlaşdırar. Qayıq 


www.vivo-book.com 
93 
yüngül olsa, mənə də, balığa da əziyyət az düşər, həm də 
canımızı təhlükədən qurtarar. Bu balıq istəsə, çox iti üzər, 
heç bir şey onun qabağını saxlaya bilməz. Skumbriya 
iylənib xarab olmamış onu təmizləyim, sonra nə olacaqsa, 
qoy olsun. Hələlik ondan bir az yeyib özümə gəlim, 
sonrasına baxarıq. İndi, heç olmasa, bir saat da dincələrəm. 
Sonra görsəm ki, balıq gəlmək fikrində deyil, arxa tərəfə 
keçib, lazımi tədbir görərəm; kürəklərdən əyləc düzəldər, 
balığın hərəkətinə göz yetirərəm. Avarlardan əyləc 
düzəltmək özü də yaxşı fənddir. Gecikmək olmaz, diribaş 
olmaq, cəld tərpənmək lazımdır. Mən bilirəm, balıq çox 
güclüdür, hələ qüvvəsini bircə tikə də itirməyib; qarmaq 
ağzının harasından ilişibsə, ağzını aça bilmir. Amma qarmaq 
onu çox da incitmir, ona əziyyət verən aclıqdır; bir də 
düşdüyü təhlükəni hələ tamamilə dərk edə bilmir. Əsl 
məsələ budur. Dincəl, qoca. Bəsdir düşündün, qoy balıq nə 
qədər istəyir əlləşsin, sonra əlləşmək növbəsi sənə çatacaq”.
Ona elə gəldi ki, azından iki saata yaxın dincəlib. Ay 
çıxmadığından vaxtı təyin edə bilmirdi. Əlbəttə, lazım 
olduğu kimi rahatlanmamışdı, səksəkəli halda nəhəng 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə