Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə44/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   40   41   42   43   44   45   46   47   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
88 
axırıncı şüaları altında parıldayan üzgəclərini geniş açaraq 
çapalayır, dəhşətdən ikiqat bükülüb canını ölümdən xilas 
etməyə çalışa-çalışa mahir akrobatlar sayağı tullanıb-
düşürdü. Qoca qayığın arxa tərəfinə keçib aşağı oturdu, 
yoğun kəndiri sağ əlində tutub sağ ayağıyla xırda tilovun 
ipini basdı və skumbriyanı sudan çıxarmağa başladı. 
Qayığın böyründə balıq daha bərk çırpınmağa başladı; qoca 
əyilib qızıl kimi parıldayan tünd-bənövşəyi üzgəcli balığı 
sudan çıxartdı və qayığın döşəməsinə tulladı. Balıq hələ 
diriydi, amma əngləri qıc olmuşdu. O, aramsız şəkildə çənə 
döyür, qarmağı çeynəyirdi; uzun, hamar bədəni əsim-əsim 
əsir, başını yerə çırpır, quyruğuyla qayığın döşəməsini 
döyəcləyirdi. Qoca onun qızıl təki alışıb-yanan kəlləsini 
əzəndə balıq yüngülcə titrədi, sonra da hərəkətdən düşüb 
qaldı. 
Qoca öz ovunu qarmaqdan çıxardı, yerinə sardina taxıb 
tilovu təzədən suya atdı. Sonra tələsmədən qayığın burun 
tərəfinə keçdi, balığı sudan çıxartdığı sol əlini yoxlayıb, 
şalvarına silə-silə quruladı. Ağır kəndiri sağ çiynindən sol 


www.vivo-book.com 
89 
çiyninə keçirib sağ əlini dənizdə yuya-yuya ətrafa baxdı: 
günəş artıq okeanın dalğaları altına enirdi.
Qoca belini dikəldib ağırlaşmış tilov ipinin dəniz səthi 
ilə əmələ gətirdiyi meyl bucağını gözəyarı təyin etdi və 
ucadan dedi:
– Bucaq dəyişməyib, hər şey əvvəlki qaydasındadır. 
Lakin əlini suya salıb axının hərəkətini yoxlayanda 
başa düşdü ki, qayığın sürəti xeyli azalıb. 
– Avarları bir-birinə bağlayıb kormaya bənd edərəm
qayığın arxa tərəfində eninə qoyaram ki, gecə sürəti azaltsın. 
Bu balığın bütün gecəni üzməyə gücü çatar. Elə mən də 
ondan geri qalan deyiləm. 
«Skumbriyanı indi yox, bir azdan təmizləsəm daha 
yaxşı olar; Qanı da, şirəsi də ətdə qalar, – qoca fikirləşdi. – 
Mən bunu sonra edərəm, bir az gec məsləhətdir. Qayığın 
sürətini azaltmaq üçün avarları kormanın arxasına bağlayıb 
bərkidərəm. Balıqları axşamüstü, ələlxüsus da günəş batanda 
narahat etmək olmaz. Günəşin batması bütün balıqlara pis 
təsir edir».



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə