Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə52/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   48   49   50   51   52   53   54   55   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
104 
– Yaralı olsa da, babat işləyir, amma sən, – deyə sol 
əlinə müraciət etdi, – arabir az qalırdın məni peşman edəsən.
“Niyə mən bir cüt yaxşı əllə doğulmamışam, niyə 
əllərimin ikisi də eyni sərrastlıqda deyil? – qoca fikirləşdi. – 
Görünür, öz günahımdır. Yaxşı işləməyə sol əlimi də gərək 
əvvəldən vərdiş etdirəydim. Yəqin mən bunu eləməmişəm. 
Allah özü şahiddir ki, hərgah istəsəydi, öyrənməyə bəs 
deyincə imkanı olub! Amma, insafən, gecəyarısı pis 
işləmirdi, arada cəmisi bircə dəfə qıc oldu. Qıc olmaqdansa, 
qaytanın onu biryolluq kəsib tullaması yaxşıdır”.
Qoca gördü ki, acından başı gicəllənir, skumbriyanın 
ətindən bir az çeynəməlidir. Amma fikrindən daşınıb öz-
özünə dedi: “Yox, yeyə bilmərəm. Başgicəllənmə 
ürəkbulanmadan yaxşıdır. Sifətim ət parçasını xəşilə 
döndərəndə bilmişdim ki, onu daha ağzıma vura bilmərəm. 
Yeyən deyiləm, amma xarab olanacan saxlayacam. Onsuz 
da qüvvə yığmaq gecdir, yedim-yemədim, fərq etməz. 
Axmaq qoca! – bu yerdə özünü söyməyə bilmədi, – axı ay 
axmaq qoca, qanadlı balığın o birisini ki, götürüb yeyə 
bilərsən”.


www.vivo-book.com 
105 
Bayaqdan təmizləyib hazır qoyduğu qanadlı balığı sol 
əliylə yerdən qaldırıb ağzına atdı, sümüklü-sümüklü 
çeynəyərək quyruğunacan sümürdü.
Sonra öz-özünə dedi: “Çox yaxşı balıqdır. Adamı 
əməlli-başlı doydurur. Mənə lazım olan hər şey onda var. 
Mən əlimdən gələni elədim, qoy indi dənizdəki nəhəng balıq 
nə qədər istəyir dövrə vursun. Qoy o da əlindən gələni 
eləsin. Ya ona verər Allah, ya mənə”. 
Qoca dənizə çıxandan bəri günəş üçüncü dəfə doğurdu; 
balıq da elə bil, günəşin çıxmasına bənd idi – dərhal dövrə 
vurmağa başladı. 
Qoca ha çalışdısa da, kəndirin dəniz səthi ilə əmələ 
gətirdiyi meyl bucağını təyin edə bilmədi. Hazırda bu 
mümkün deyildi, həm də hələ tez idi. Gərginliyin bir az 
səngidiyini hiss edəndə sağ əliylə ipi yığmağa başladı. 
Kəndir təzədən əvvəlki tarım vəziyyətə gəlib, az qaldı qırıla. 
Lakin gərginlik qəfildən azaldı və kəndir xeyli boşaldı. İşi 
belə görəndə qoca azca əyildi, çiyinləri də, kəlləsi də ağır 
yükdən qismən xilas oldu; qaytanı tələsmədən, aramla 
çəkməyə başladı. O gah sağ, gah da sol əlini ata-ata 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə