Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə53/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   49   50   51   52   53   54   55   56   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
106 
işləyirdi. Əl-qol atdıqca yorğun ayaqları və çiyinləri əllərinə 
kömək edirdi.
– Çevrəni çox aralıdan götürüb, amma odur ey, başlayır 
dövrə vurmağa.
Birdən qocanın yığa-yığa dəstələdiyi kəndirin gerisi 
gəlmədi. O, ipi dartanda su damcıları ətrafa səpələnib gün 
işığının altında par-par parıldadı. Cavab qaytarırmış kimi 
balıq da kəndiri özünə tərəf dartdı; qoca dizləri üstə çöküb 
ipi yavaş-yavaş suya buraxdı.
– Bilirəm, – dedi, – indi iri dövrə vuracaq, mən də 
bacardığım qədər gərək onu yüyənləyim, hər dövrəni 
vurduqca yüyənini dartıb dairəni kiçildim. Ola bilsin, bir 
saata onu görə bildim. İndi mən onu inandırmalıyam ki, 
mənimlə bacara bilməz, buna gücü çatmaz; sonra da vurub 
öldürməliyəm. 
Lakin iki saat keçsə də, balıq hələ də qayığın ətrafında 
eləcə aramla fırlanmağında idi. Qoca qan-tər içində əlləşirdi, 
yorulub taqətdən düşmüşdü. Düzdür, bu müddət ərzində 
dairə də xeyli kiçilmişdi, kəndirin dəniz səthindəki meyl 


www.vivo-book.com 
107 
bucağından açıq-aydın görünürdü ki, balıq yavaş-yavaş üzə 
çıxır. 
Artıq bir saat olardı ki, qocanın gözlərinə qaranlıq 
çökür, tər axdıqca elə bil alnındakı yaraların üstünə duz 
səpirdilər. Gözlərinin önündə hərdən-hərdən görünüb-yoxa 
çıxan qara ləkələr onu çox da qorxutmurdu; kəndiri 
çıxartmaqçün sərf etdiyi gücü və gərginliyi nəzərə alanda 
burada təəccüblü bir şey yox idi. Amma iki dəfə tam 
sustaldığını hiss etdi və bundan bərk təşvişə düşdü. 
– Olmaya, bu balığın əlində aciz qalıb öləcəm? Özü də 
işin düz gətirdiyi bir vaxtda, – qoca özündən soruşdu. – 
Özün kömək ol, ilahi! Əhd edirəm ki, yüz dəfə “Həzrəti 
İsa”, bir o qədər də “müqəddəs Məryəm” duası oxuyaram. 
Amma indi yox, bu saat yox. 
“Elə hesab elə ki, oxumuşam, – xəyalən tanrısına 
müraciət etdi, – sonra mütləq oxuyacam”.
Bu vaxt ikiəlli yapışdığı kəndir qəfil dartılmağa başladı 
və qoca güclü təkan hiss etdi. Zərbə də, təkan da çox şiddətli 
oldu. 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə