Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə51/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   47   48   49   50   51   52   53   54   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
102 
yavaş dizləri üstə, sonra da ayağa durdu. İndi kəndiri daha 
asta, daha ağır-ağır buraxırdı. Geri çəkilə-çəkilə axırda 
özünü əvvəlki rahat yerinə çatdırdı. Qaranlıqda görə 
bilmədiyi qaytanı ayağı ilə yoxlayanda başa düşdü ki, hələ 
ehtiyatı çoxdur. Suya xeyli kəndir buraxmışdı, balıq lap nə 
qədər vurnuxsaydı da, heç nə edə bilməzdi. 
Qoca düşündü: “Balıq, hər nə qədər istəyirsən atıl-düş, 
qovuqların hava ilə dolsun ki, can verəndə dənizin dibinə 
gedib əlimdən çıxmayasan. Bir azdan başlayacaqsan 
fırlanmağa, bax onda mən də keçəcəm əsas məsələyə. 
Qəribədir, görəsən, o niyə birdən-birə belə qızışdı ki? Aclıq 
onu qəzəbləndirib, yoxsa bu zülmətdə nədənsə qorxub? 
Bəlkə qəfil qorxu hiss edib? Amma o axı dinc balıq idi, 
güclü balıq idi. Axı o mənə çox ötkəm, qorxu-ürkü 
bilməyən, özünə tam arxayın olan cəsur bir balıq təsiri 
bağışlamışdı. Qəribədir!” 
– Qoca, yaxşı olar ki, qorxu-ürkü barədə sən özün 
düşünməyəsən, daha çox özünə, öz gücünə güvənəsən, – o 
dedi. – Balığın yüyəni sənin əlində olsa da, bayaqdan 


www.vivo-book.com 
103 
kəndiri bir düym də yığa bilməmisən. Bəs bir azdan balıq 
dövrə vurmağa başlayanda neyləyəcəksən? 
O, tilov ipini sol əli ilə tutub çiyninin köməyi ilə 
saxladı, əyilib sağ əliylə dənizdən bir ovuc su götürüb üzünə 
vurdu. Qorxurdu ki, sifətinə bulaşmış yumşaq ətin iyi 
ürəyini bulandırar, başını gicəlləndirib onu gücdən salar. 
Üzünü yuyandan sonra əlini şor suda bir qədər də saxlamaq 
niyyətilə qolunu qayığın kənarından dənizə salladı, 
ağarmaqda olan göy üzünə baxdı. Qayığın sürətiylə yanaşı, 
istiqaməti də müəyyən etdi: “Balıq indi üzü gündoğana üzür, 
bu da onu göstərir ki, get-gedə yorulur, heydən düşdükcə 
suyun axınıyla getməyə üz qoyur. Tezliklə dövrə vurmağa 
başlayacaq. Mənim əsl işim də bax elə onda başlayacaq”.
Sağ əlini bir az şor suda saxlayandan sonra çölə 
çıxartdı və ona diqqətlə baxıb:
– Qorxulu bir şey yoxdur, – dedi. – Kişi olan kəs ağrıya 
da, əziyyətə də dözməlidir. 
Təzə yaralara toxunmamaq üçün kəndirdən çox 
ehtiyatla yapışıb özünü birtəhər qayığın o biri tərəfinə verdi 
ki, sol əlini dənizə sallayıb şor suda bir az da saxlasın.



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə