Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə48/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   44   45   46   47   48   49   50   51   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
96 
içini təmizlədi, qəlsəmələri qoparıb atdı. Balığın qovuğu 
ağır və sürüşkən idi; qoca onu yaranda içində iki qanadlı 
balıq gördü, hər ikisi də təzə udulmuşdu. Hər ikisini götürüb 
üst-üstə qayığın içinə qoydu, qovuqla içalatı isə dənizə 
tulladı. Ulduzlu gecədə skumbriya ağımtıl-boz rəngə çalırdı. 
Qoca sağ ayağıyla balığın başından basıb əvvəl bir 
böyrünün, sonra da tərsinə çevirib o biri böyrünün dərisini 
soydu; hər iki tərəfdən uzununa iki zolaq qalın ət kəsdi.
Skeleti dənizə atanda əyilib aşağı baxdı: ovladığı 
nəhəng balığın necə hərəkət etdiyini görmək istədi; amma 
suya atdığı tullantının işıltısından başqa ayrı heç nəyi 
sezmədi. Geri qanrılıb qanadlı balıqları əlinə götürdü, onları 
yemək üçün hazırladığı skumbriyanın arasına qoyub bıçağı 
qınına soxdu, sonra balıqları götürüb təzədən ehmalca geri 
qayıtdı, qayığın burun tərəfinə gəldi. Kürəyindən keçən 
kəndirin tarımlığından beli ikiqat əyilmişdi; nəhəng balığın 
bütün ağırlığını sağ əli çəkirdi.
Ət parçalarını və qanadlı balıqları qayığın burun 
tərəfində yan-yana düzdü. Kəndiri çiyninin ağrımayan 
yerinə sürüşdürüb kürəyini düzəltdi, ağırlığı yenə sol əlinə 


www.vivo-book.com 
97 
saldı, taxtaya söykənib bir az yana əyilmiş vəziyyətdə 
qanadlı balıqları dənizin suyunda yudu: skumbriyanın əlinə 
yapışmış şirəsi suda fosfor kimi parıltı saçırdı. Axının 
sürətini təyin etməkçün əlini bir müddət şor suda gəzdirib 
sonra qayığın qırağına siləndə ətrafa fosforlu bir işıltı 
yayıldı. 
– Hə, balıq, – qoca dedi, – sən ya yorulub əldən 
düşmüsən, ya da elə-belə dincini alırsan. Onda qoy mən də 
skumbriyadan bir az yeyim, sonra lap bir hovur da olsa, 
yatıb dincələrəm. 
Gecənin 
get-gedə 
şiddətlənən soyuğunda uzaq 
ulduzlara baxa-baxa qoca skumbriyadan kəsdiyi ət 
parçalarından birinin yarısını, qanadlı balıqlardan da birini 
yedi. 
– Skumbriya bişiriləndə dadına dünyada heç bir dad 
çatmaz, – qoca dedi, – di gəl, çiy vaxtı da ondan iyrənc şey 
yoxdur! Bundan sonra limonsuz, duz götürməmiş bir də 
dənizə çıxmaram. 
“Ağlım başımda olsaydı, səhərdən qayığın burnuna 
dəniz suyu doldurardım, axşamacan filan qədər duz əmələ 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə