Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə56/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   52   53   54   55   56   57   58   59   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
112 
Qocanın bədəni tər içindəydi. Bu təkcə günəşin 
istisindən yox, həm də gərgin işləməkdən idi. Balıq aramla 
dövrə vurduqca qoca da kəndiri yığırdı; indi arxayın idi ki, 
ikicə dövrədən sonra nizəni balığa sancmağa imkan tapacaq. 
“Gərək onu mümkün qədər yaxına gətirim, qayığın lap 
yaxınlığına gəlməyə vadar edim, – qoca düşündü. – Başını 
yox, ürəyini nişan almalıyam. Zərbə düz ürəyinə 
saplanmalıdır”.
– Hə, qoca, gücünü topla, özün də hövsələli ol! 
Sonrakı dövrəni vuranda balığın beli suyun üzünə 
çıxdı, ikinci dövrə başa çatanda isə sudan xeyli yuxarı 
qalxdı. Amma o hələ də uzaqdaydı. Qoca çox yaxşı başa 
düşürdü ki, əgər kəndiri bir az çox yığsa, balığı qayığın lap 
böyrünə gətirə bilər.
Nizəni çoxdan hazır qoymuşdu, sapına bağladığı nazik 
məftilin ucunu da qayığın burnundakı kötüyə bənd eləmişdi. 
Məftil kələfi girdə səbətin içindəydi. 
Balıq yavaş-yavaş dövrə vurur və qayığa yaxınlaşırdı. 
Öz yekə, qəşəng quyruğuyla mavi suları ehmalca 


www.vivo-book.com 
113 
ləpələndirən bu varlıq qeyri-adi gözəlliyi və görkəmi ilə 
qocanı valeh edib, əməlli-başlı mat qoymuşdu.
Qoca kəndiri var qüvvəsiylə özünə tərəf dartdı ki, 
balığı qayığa mümkün qədər çox yaxınlaşdırsın. Birdən 
balıq azca böyrü üstə döndü, amma tez də özünü düzəldib 
dövrə vurmağa davam elədi. 
– Canı əlimdədir, – qoca dedi. – Mən onu tərpədə 
bildim. İndi hara çəksəm, ora da gedəsidir. 
Qocanın başı yenə gicəlləndi, lakin qüvvəsini toplayıb 
ipi bir də dartdı. “Onu böyrü üstə çevirə bildim, – o 
düşündü, – bu dəfə arxası üstə çevirəcəm. Hə, əllərim, nə 
qədər gücünüz var, dartın ipi! Ayaqlarım, siz də möhkəm 
durun! Başım, nəbada özünü itirəsən ha! Axı sən heç vaxt 
məni darda qoymamısan. Bu dəfə mən onu arxası üstə 
çevirəcəm”.
Kəndiri var gücüylə özünə çəksə də, balığı tam arxası 
üstə çevirə bilmədi: bir anlıq yanpörtü qalan balıq tez də 
özünü düzəldib əvvəlki vəziyyətinə qayıtdı və üzüb aralandı. 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə