www.vivo-book.com
111
keçdi; təəccüb və heyrət gözləri bərələ qaldı; gözüylə
gördüyünə heç cür inana bilmədi.
– Yox, – dedi, – ola bilməz, bu yekəlikdə balıq olmaz!
Həqiqətən də, balıq çox nəhəng balıqdı.
Son dövrəni başa çatdırıb qayıqdan otuz yard məsafədə
üzə çıxanda qoca mavi dənizin səthində onun açıq-
bənövşəyi rəngə çalan çox iri, oraqvari quyruğunu gördü.
Balıq
təzədən suya cumdu, lakin bu dəfə çox dərinə
gedə bilmədi. Qoca onun nəhəng gövdəsinə və bu gövdəni
bəzəyən bənövşəyi rəngli enli zolaqlara heyrətlə baxdı.
Balığın bel üzgəci yana sallanmışdı;
yeni dövrə vuranda
qoca onun gözlərini də gördü.
Balıqla yan-yana boz rəngli bir cüt zəlibalığı da
üzürdü; onlar tez-tez irəli cumub balığın böyründən yapışır,
dərhal da cəld sıçrayışla kənara tullanırdılar; hərdən də onun
kölgəsində daldalanıb üzürdülər.
Zəlibalıqlarının hər biri üç fut uzunluğunda olardı.
Sürətlərini artıranda onlar elə qıvrılırdılar ki, elə bil xalis
ilanbalığıydılar.