Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə57/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   53   54   55   56   57   58   59   60   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
114 
Qulaq as, balıq! – qoca ona dedi. – Sən onsuz da 
öləcəksən. Bəs mənim ölməyim sənin nəyinə lazımdır? Niyə 
məni də özünlə o dünyaya aparmaq istəyirsən? 
“Bu söhbətdən heç nə çıxmayacaq”, – qoca düşündü.
Onun ağız-boğazı elə qurumuşdu ki, dili zorla söz 
tuturdu; özü də son dərəcə zəifləmişdi, əyilib su şüşəsini 
götürməyə belə heyi qalmamışdı. 
“Bu dəfə onu gərək lap qayığın yanına çəkib gətirəm
amma deyəsən xərifləmişəm. Deyəsən bacarmayacam... 
Amma yox, bacararsan, hələ o yana da keçərsən! Səndə 
tükənməz güc var, qoca!” 
Balıq növbəti dövrəni başa çatdıranda qoca az qalmışdı 
onu vursun. Lakin heç nə alınmadı; balıq yenə uzaqlaşdı. 
“Balıq, sən mənim axırıma çıxdın ki, – qoca düşündü. – 
Neynək, səni də qınamaq olmaz, can şirin şeydir. Bilirəm, 
indi sən öz canının hayındasan. Qardaşım, bu qədər 
yaşamışam, di gəl, sənin kimi nəhəng, sənin kimi gözəl, 
sənin kimi dinc və nəcib məxluq görməmişəm. Neynək, 
öldür məni! Kimin kimi öldürəcəyi daha mənim vecimə 
deyil”.


www.vivo-book.com 
115 
«Qoca, get-gedə sənin ağlın çaşır ha! Amma belə 
məqamda sən başını itirməməlisən. Ağlını başına yığ, 
əziyyətə, iztiraba kişi kimi döz... – və xəyalən əlavə elədi: – 
Ya da balıq kimi!
– Ya ağlım, qayıt gəl öz yerinə, – qoca astadan 
pıçıldadı; elə astadan pıçıldadı ki, öz səsini güclə eşitdi. – Di 
işlə görüm. İşlə deyirlər sənə!
Balıq iki dəfə dövrə vursa da, vəziyyət dəyişmədi: o, 
heç cür yaxına gəlmir, mümkün qədər aralıda üzürdü.
“Vallah, heç bilmirəm necə edim, – qoca düşündü. 
Balıq hər dəfə uzaqlaşanda ona elə gəlirdi ki, huşunu itirir, 
çaşır, nə edəcəyini bilmir. – Bu dəfə gücümü əməlli-başlı 
sınayacam”. 
O, həqiqətən, gücünü bir də sınadı və bu dəfə ona elə 
gəldi ki, az qalır yıxılsın; amma balığı arxası üstə çevirə 
bildi. 
Balıq da təzədən dikəldi; iri, qəşəng, naxışlı quyruğunu 
əvvəlki kimi aramla yellədə-yellədə üzməkdə davam elədi. 
– Əl çəkən deyiləm, bir də cəhd edəcəm, – qoca özünə 
söz verdi. Amma əlləri yaman boşalmışdı, gözünə də 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə