www.vivo-book.com
121
– Yox, kağız-qələmsiz bu boyda alverin hesabını
aparmaq olmaz, – o dedi. – Bunu vurub-çıxmaq üçün
adamın fikri aydın olmalıdır. Mənimsə başım üstümdə
durmur. Mənə elə gəlir ki, dahi
Di Macio bu gün mənimlə
fəxr edə bilər. Hərçənd sümük döyənəyinə ürcah
olmamışam, amma əlim də, belim də yaman ağrıyır.
Görəsən, döyənək nə olan şeydir? Bəlkə, bu azar elə bizim
özümüzdə də var, bilmirik?
Qoca balığı üç yerdən – burun tərəfdən, ortasından, bir
də quyruq hissəsindən qayığa möhkəmcə bənd elədi. Balıq o
dərəcədə
nataraz idi ki, elə bil, qayığın özünü gəminin
böyrünə qoşmuşdun. Kəndirdən bir parça kəsib balığın açıq
ağzını da bağladı – bu mümkün qədər sürətlə üzməkdə
qocaya kömək edəcəkdi. Dorağacını qaldırıb
ona bir ağac
dayadı, yamaqsız yeri olmayan yelkəni açıb astar üzündəki
ipini tarım çəkdi. Qayıq hərəkətə gəldi; qoca arxa tərəfdə
çömbəlib, qayığı cənub-qərb istiqamətinə yönəltdi.
Səmti
bilmək üçün o, kompasa ehtiyac duymurdu;
küləyin əsməyindən, yelkənin
şişməyindən cəhətləri dəqiq
təyin edə bilirdi. “Yaxşısı budur, balaca qarmağı suya atım,