Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə58/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   54   55   56   57   58   59   60   61   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
116 
qaranlıq çökürdü. Gözü qarala-qarala ha çalışdısa, neçə dəfə 
əlləşdisə, bütün cəhdləri boşa çıxdı.
“Bəs belə? – qoca əməlli-başlı cinləndi; ona elə gəldi 
ki, içindəki həyat nişanələri sönüb getməkdədir. – Mən bir 
də güc vuracam, bir də cəhd edəcəm!”
Qoca bütün ağrılarını unudaraq qəti vuruşa girişdi. 
Balıq böyrü üstə çevrilib yanpörtü vəziyyətdə yavaş-yavaş 
qayığa tərəf yaxınlaşdı, burnu üstündəki qılınc az qaldı 
qayığın böyrünə toxunsun. Onun enli, uzun bədəni sanki 
dənizin dərinliklərinə qədər uzanıb gedirdi. Gümüş kimi 
parıldayan belinə kəmər təki dolanmış bənövşəyi zolaqlar 
heyrətamiz dərəcədə qəşəng idi. 
Qoca kəndiri yerə qoyub ayağı ilə üstündən bərk-bərk 
basdı, nizəni qapıb var qüvvəsini toplayaraq balığın 
adamboyu qədər sudan qalxmış nataraz döş üzgəcinin altına 
sapladı; iti dəmirin yumşaq ətə necə batdığını hiss edən qoca 
bədəninin bütün ağırlığını nizənin üstünə salıb onu lap 
dərinə yeritdi.
Bu zaman ölümlə əlbəyaxa olmuş balıq təzədən 
dirçəldi, nəhəng gövdəsini, təsviri mümkün olmayan 


www.vivo-book.com 
117 
gözəlliyini nümayiş etdirmək istəyirmiş kimi suyun üzünə 
çıxdı və qəfildən göyə sıçradı, qayığın tuşunda, düz qocanın 
başı üzərində, havada bir anlığa asıla qaldı və sonra gurultu 
ilə dənizin ağuşuna düşdü. Dəniz təlatümə gəldi; qoca da 
təpədən-dırnağacan islandı.
Ürəyi bulanan, başı gicəllənən qoca daha heç nə görə 
bilmədi. Amma nizənin ipini boşaldıb qanı axan yaralı əliylə 
onu ağır-ağır yığmağa başladı, gözlərinin işığı yerinə 
qayıdanda isə bütün diqqətini toplayıb nataraz qarnı gümüş 
kimi parıldayan balığı arxası üstə çevrilmiş gördü. Nizənin 
şiş ucu balığın belini parçalayıb o üzündən çıxmışdı, dənizin 
mavi suları da balığın ürəyindən axan al qana boyanmışdı. 
Əvvəl nəhəng qan ləkəsi tünd rəngdəydi, sanki mavi suları 
bir mil dərinlikdən balıq sürüsü dövrələmişdi. Sonra ləkə 
bulud kimi ətrafa yayılmağa, gümüşü balıq da ləpələrin 
üstündə aramla yırğalanmağa başladı. 
Qoca şövqlə parıldayan gözləri dumanlanana qədər 
nəzərlərini balıqdan ayıra bilmədi. Nizənin sapına bağlanmış 
ipi iki dəfə kötüyə doladı, axırda başını əlləri arasına aldı. 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə