www.vivo-book.com
131
bir şey qalmayıb. Ətindən qırx
girvənkə itirəndən sonra
xeyli asan üzürsən.
O, axına düşəndə başına nələr gələcəyini yaxşı bilirdi.
Əlindən nə gələrdi? Axı neyləmək olar ki?
– Düz danışmırsan, bəyəm bıçağı kürəklərdən birinin
sapına bağlaya bilməzsən?
Dediyi kimi də elədi. Sükanın
dəstəyini qoltuğunun
altına dayayıb, yelkənin ipini ayağı ilə basdı və bıçağı avarın
sapına bağladı.
– Bax, gördünmü?! Mən qocayam, amma hər necə olsa,
silahsız deyiləm.
Külək qayığı qabağına qatıb aparırdı. Qoca indi balığın
yalnız baş hissəsinə baxır, puça çıxmış ümidlərinin bir qismi
sanki geri qayıdırdı.
“Ümidi itirmək ağılsızlıqdır, – o düşündü, –
həm də
günahdır. Qoca, günah haqqında düşünmə! Onsuz da,
çəkiləsi dərd-sərin az deyil. Bir də mənim günah-savab kimi
şeylərdən başım çıxmaz. Özüm də belə şeylərə inanmıram.
Ola
bilsin ki, balığı öldürmək günahdır. Amma mən onu
özümün yaşamağım üçün öldürmüşəm. Hələ çoxlarını da