www.vivo-book.com
135
– Galano!
8
– qoca bərkdən qışqırdı.
Birinci üzgəcin arxasınca ikinci üzgəc də sudan sıyrılıb
çıxdı və qonur rəngli üçbucaq pərləri, bir də suyu aramsız
dalğalandırıb köpükləndirən quyruqları görəndə bunların
yastı, enliburun köpəkbalıqları olduğunu qoca dərhal tanıdı
– aclığın quduzlaşdırdığı yırtıcılar qayığa sarınmış,
böyrü
didilmiş nəhəng balığın ləzzətli ətrini duyduqca daha da
çılğınlaşırdılar. Hər iki galano artıq izinə düşmüş olduqları
ətri, qoxunu itirən kimi tez də axtarıb təzədən tapırdılar, özü
də hər dəfə izi itirdikdə az qalırdı dənizin altını
üstünə
çevirsinlər.
Amma
indi
onlar
anbaan
şikara
yaxınlaşmaqdaydılar.
Qoca yelkəni möhkəm pərçimlədi, sükanı pazla
bərkitdi, sonra təzə düzəltdiyi silahı – bıçaqlı avarı
əlinə
aldı. Əlləri bərk göynədiyindən avarı çox ehtiyatla tutub,
mümkün qədər hündürə qaldırdı.
Hərəkətə gəlsin deyə
barmaqlarını bir qədər oynatdı, əllərindəki dözülməz ağrını
8
Galano– köpəkbalığı növü
(ispanca)
.