www.vivo-book.com
129
də özüylə apardı, balığın isə qanı axır, bu qanın izinə düşüb
başqa yırtıcılar da mütləq özlərini yetirəcək.
O didilib eybəcərləşmiş balığa baxa bilmirdi. Dentuso
bayaq balıqdan iri bir dişləm qoparanda qocaya elə gəlmişdi
ki, əti qoparılan balıq yox, o özüdür.
“Amma mən hər necə olsa, balığıma qəsd edən yırtıcını
öldürdüm, – o düşündü. – Ömrümdə
birinci dəfədir belə
dentuso görürəm. Allaha and olsun ki, bu vaxtacan mən çox
həvədişə rast gəlmişəm, amma bu cür natarazı olmamışdı.
İşim çox yaxşı gedirdi, heyf! Əlbəttə, belə vəziyyət çox çəkə
bilməzdi. Mən çox istərdim ki, bütün bunlar yuxu olsun:
guya mən bu nəhəng balığı tutmamışam,
üstünə qəzet
döşənmiş çarpayımda sakitcə uzanıb yatmışam, vəssalam.
Kaş belə olaydı”.
– İnsan övladı məğlubiyyət üçün yaranmayıb, – o dedi.
– İnsanı məhv etmək olar, lakin məğlub etmək olmaz.
“Hər necə olsa da, balığı öldürməyimə peşmanam, –
qoca düşündü. – Nahaq öldürdüm onu. Yaxşı bilirəm ki, bu,
mənə ucuz oturmayacaq. Nizəm də əlimdən çıxdı.
Həngamənin zırpısı hələ qabaqdadır.
Dentuso olduqca