Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə45/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   41   42   43   44   45   46   47   48   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
90 
Havaya qaldırıb qurutduğu sol əli ilə ipdən yapışdı, 
yükü bacardığı qədər azaltmaq və ağırlığı balığın üstünə 
salmaqçün özünü qabağa, taxta oturacağa tərəf verdi, kəndiri 
avara bənd etməklə bütün gərginliyi qayığa, oradan da 
balığın üzərinə keçirtdi. Ürəyində öyündü: “Saç-saqqalı bu 
yolda boş yerə ağartmamışam ki. Belə şeylərin öhdəsindən 
gələ bilməsəm, daha mən nəyə lazımam? Balığın halı o 
qədər də yaxşı deyil. Yalan deyil ki, qarmağa keçdiyi andan 
indiyədək ağzına heç nə dəyməyib. Nataraz şeydir, özü də 
yaman qarınquludur. Qarnını doyurmaqçün ona bir aləm şey 
lazımdır. Mən, heç olmasa, bütöv bir tunesi aşırmışam, 
sabah da skumbriyanı – qoca ov balığına dorado adı 
qoymuşdu – təmizləyib bir-iki tikə ötürərəm. Skumbriyanı 
yemək tunesdən çətindir. Eh, yəni bu dünyada asan bir iş var 
ki?” 
– Hə, balığım, de görüm, necəsən? – qoca ucadan xəbər 
aldı. – Mənim nə vecimə, kefim kök, damağım çağ, sol əlim 
də sağalıb. Çox şükür. Bu axşama da, hələ sabaha da 
yeməyim var. Amma bu söhbətləri hələlik qoyaq bir kənara, 
sən qayığı çəkib aparmağında ol. 


www.vivo-book.com 
91 
Əslində, qocanın halı dediyi qədər də yaxşı deyildi: 
kəndir kürəyini kəsir, ağrı və sancılar onu incidirdi. Amma 
yenə özünə təsəlli verdi: “Eh, mən bundan betərini 
görmüşəm. Sağ əlimin yarası yüngüldür, sol əlim də daha 
qıc olmur. Ayaqlarımsa lap möhkəmdir. O ki qaldı yeməyə, 
hə, bax bu məsələdə ümumiyyətlə, naşükürlük etmək olmaz, 
çünki yemək sarıdan mənim vəziyyətim balığınkından qat-
qat yaxşıdır, heç müqayisə ediləsi deyil”.
Hər tərəf qaranlıq idi. Sentyabrda gün batan kimi 
zülmət əlbəəl çökür. Qoca köhnə taxtaya söykənib dinçini 
alırdı; çalışırdı ki, mümkün qədər çox dincəlsin. Başını 
qaldırıb səmanı bəzəyən seyrək ulduzlara tamaşa elədi. 
Rigel bürcündəki ulduzların adını bilməsə də, hamısını 
bircə-bircə tanıyırdı: tezliklə çox-çox uzaqlarda sayrışan 
dostlarının hər birini görəcəkdi.
– Qarmaqdakı balıq da mənim dostumdur, – qoca dedi. 
– Hələ ömrümdə bu yekəlikdə balığa rast gəlməmişəm. Nə 
görmüşəm, nə də eşitmişəm. İntəhası mən onu 
öldürməliyəm. Yaxşı ki, biz insanlar ulduz ovuna çıxmırıq; 
çox şükür ki, onları öldürməyə səy etmirik!



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə