Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə43/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   39   40   41   42   43   44   45   46   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
86 
pis vəziyyətdə qoyurdu. Buna görə sol əlinə çox da etibar 
etmirdi. 
Qoca düşündü: “Günəş sol əlimi yaxşı sağaltdı, daha 
qıc olmaz. Amma gecə çox soyuq olsa, qorxuram yenə 
keyiyə. Gecə hamilədir, görək sabah nə doğacaq”.
Mayamiyə gedən təyyarə qocanın başının üstündən 
ötüb dənizə kölgə salanda qanadlı balıqlar bərk ürküb 
qorxudan dəstə ilə havaya sıçradılar. Qoca bu mənzərəni 
gördükdə düşündü: “Gör suda nə qədər qanadlı balıq var; bu 
aralarda, sözsüz ki, skumbriya da kalan olmalıdır”. 
O, kürəyini kəndirə bərk-bərk sıxıb yoxladı ki, bəlkə 
balığı azca da olsa, yuxarıya qaldıra bildi, ancaq bundan heç 
nə çıxmadı; qaytan sim təki əsim-əsim əsdi, az qaldı qırılsın, 
ətrafa da su damcıları səpələndi.
Qayıq asta-asta irəli üzürdü. Təyyarə gözdən itənə 
qədər qoca onun arxasınca baxdı və fikirləşdi: “Yəqin 
təyyarədə hər şey qəribədir. Bilmək istərdim ki, o cür 
yüksəklikdən baxanda dəniz nə təhər görünür? Bir az 
alçaqdan uçsaydılar, şübhəsiz, tutduğum balığı görə 
bilərdilər. Çox istərdim ki, iki yüz dəniz sajeni 


www.vivo-book.com 
87 
hündürlükdən asta-asta uçub ovladığım balığa yuxarıdan 
baxım. Çanaqlı bağa ovuna gedəndə gəminin dorağacına 
dırmaşıb doyunca baxardım, suyun altında nə qədər şeylər 
görərdim. Skumbriyalar tünd-yaşıl rəngə çalırdı, hətta 
pərlərinin bənövşəyi zolağı və xalları belə görünürdü; özləri 
də dəstə ilə, topa-topa bir yerdə üzürdülər. Qəribədir, nəyə 
görə çox dərində yaşayan və çox sürətlə üzən balıqların 
bəzəkləri də, naxışları da, hətta xalları da bənövşəyi rəngə 
çalır? Rəngi qızılı olduğu halda, skumbriya suyun altında 
niyə yaşıl rəndə görsənir? Bərk acıb şikara çıxanda da 
onların böyürlərində, eynən marlin balığınınkı kimi, 
bənövşəyi zolaqlar peyda olur. Niyə görəsən? Qəzəbdən, ya 
da çox sürətlə üzməkdən belə ola bilərlərmi?”
Şər qovuşana yaxın qocanın qayığı böyük Sarqas 
yosunları adasının yanından ötərkən ləpələrin təmasından 
sarımtıl yosunlar suda yellənə-yellənə xəfifcə yırğalanırdı. 
Elə bil əzəmətli okean öz məşuqəsini ağuşuna alıb qızılı 
ipək yorğan altında onu oxşayıb əzizləyirdi. Elə bu vaxt 
qocanın balaca qarmağına bir skumbriya keçdi. O, balığı 
havaya sıçrayanda görmüşdü. İndi skumbriya günəşin 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə