Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə42/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   38   39   40   41   42   43   44   45   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
84 
xəfif-xəfif tərpətdikcə zəncinin yekəpər kölgəsi də divarda 
oynayırdı. 
Bütün gecə üstünlük gah bu tərəfə keçdi, gah o tərəfə. 
Zənciyə rom içirdir, siqaretini odlayırdılar; rom içəndən 
sonra zənci var qüvvəsini cəmləyib qocanın – əlbəttə, onda 
hələ qoca deyildi və onu 
Santyaqo El Çampeon
6
deyə 
çağırırdılar – qolunu üç düym əydi. Qoca qolunu dikəldib 
yenə düz saxlamışdı və elə həmin anda fəhmlə müəyyən 
etmişdi ki, xalis pəhləvan və bütün tərsanədə yaxşı adam 
kimi tanınan bu zəncinin qolunu qatlayıb yerə vuracaq, 
yarışı da udacaq. Dan yeri ağararkən tamaşaçılar 
münsiflərdən tələb etməyə başladılar ki, qoy onlar oyunun 
heç-heçə qurtardığını elan etsinlər. Hakim neyləyəcəyini 
bilməyib çiyinlərini çəkəndə qoca bütün qüvvəsini cəmləyib 
həmləyə keçmişdi: zəncinin qolunu yavaş-yavaş əyməyə 
başlamış və nəhayət, qatlayıb masaya yapışdırmışdı.
6
Santyaqo El Çampeon– çempion Santyaqo 
(ispanca) 


www.vivo-book.com 
85 
Yarış düz bir sutka – bazar gününün səhərindən bazar 
ertəsinin səhərinəcən davam etmişdi. Mərcləşənlərin də 
çoxu oyunu heç-heçə saymağı hakimdən ona görə tələb 
edirdilər ki, hamısı Havanaya işə getməli, kömür şirkətinin 
gəmilərinə kömür, ya başqa gəmilərə şəkər yükləməliydilər. 
Yoxsa, əlbəttə, hamı onun tərəfdarıydı ki, oyun axıracan 
davam etdirilsin, yarıda saxlanmasın. Qoca da rəqibini hələ 
camaatın işə getmək vaxtı çatmamışdan qabaq məğlub 
etmişdi. 
Bu əhvalatdan sonra qocanı uzun müddət “Çempion” 
ləqəbiylə çağırdılar. Baharda zənciylə bir də yarışası oldu. 
Amma bu dəfə mərc gələnlərin sayı az idi, pul da az 
yığılmışdı. Bu dəfə də oyunu qoca udmuşdu; çünki o hələ 
birinci yarışdan inanmışdı ki, rəqibindən güclüdür, həm də 
zəncinin gözünün odunu almışdı. Sonralar bir neçə dəfə də 
yarışa çıxdı, lakin bu işdən çox tezliklə əl çəkdi. Arxayın 
oldu ki, istədiyi vaxt kimə desən qalib gələ bilər. Bu oyun 
qocanın sağ əli üçün çox zərərli olduğundan bir neçə dəfə də 
yarışa sol əli ilə girmişdi. Di gəl ki, andıra qalmış sol əli ona 
tabe olmur, indiki kimi namərdlik edib həmişə onu aldadır, 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə