Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə50/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   46   47   48   49   50   51   52   53   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
100 
Qoca şiddətli təkandan oyandı; sağ əli zərblə sifətinə 
dəyib onu bərk diksindirmişdi, ildırım sürətiylə sürüşüb 
dənizin dərinliklərinə gedən kəndir isə ovcunu od kimi 
yandırırdı. Sol əli keyidiyindən qoca var gücünü sağ əlinə 
yığıb, qaytanı ovcunda tutub saxlamağa cəhd etdi, lakin bir 
şey çıxmadı. Handan-hana qocanın sol əli də hərəkətə gəlib 
kəndirdən yapışdı. O, kəndiri kürəyi ilə sıxdı və indi kürəyi 
də, balığın bütün ağırlığı düşmüş sol əli də sürtünmədən od 
tutub yanırdı. Keyi açılmış sol əlini lap elə bil doğrayırdılar. 
Qoca arxa tərəfdəki ehtiyat kəndirə göz yetirdi; kələf sürətlə 
fırlandıqca kəndir də sürətlə açılırdı. Birdən balıq okeanın 
sakit, güzgütək hamar sinəsini yarıb suyun üzünə çıxdı, tez 
də bütün ağırlığıyla təzədən dənizdə batdı. Sonra yenə çıxıb, 
yenə batdı, dalbadal daha bir neçə dəfə də batıb-çıxdı.
Qayıq üzməkdə davam edir, tilov ipi boşala-boşala 
suyun təkinə enirdi. Qoca kəndiri dartıb tarım saxlayır, sonra 
bir anlığa boşaldırdı; qırıla bilmək qorxusuna baxmayaraq, 
var qüvvəsiylə təzədən bir də dartırdı. İndi kəndir qocanı 
sürüyüb düz qayığın burnuna gətirmişdi, onun üzü 


www.vivo-book.com 
101 
skumbriyanın tikəsinə dirənmişdi, özü isə qəti tərpənə 
bilmirdi.
“İntizarında olduğumuz, bax bu idi, – qoca düşündü. – 
İndi sayıq və zirək olmaq lazımdır. Hə, özünü bərk tut, 
balıq, möhkəm dayan! Kəndiri bu cür dartmağının əvəzini 
mən səndən çıxardaram. İnan mənə ki, çıxardaram”.
O, balığın atılıb-düşməsini görmürdü, yalnız okeanın 
sinəsini yararaq havaya qalxıb-endikcə qopartdığı şappıltını 
eşidirdi. Sürətlə dənizə gedən kəndir qocanın ovuclarını 
ülgüc kimi kəsirdi. Bunun baş verəcəyini o qabaqcadan 
bilirdi, əlinin döyənək olan yerlərini qəsdən kəndirin ağzına 
verirdi ki, qaytan yaralı ovcunu və barmaqlarını kəsib 
sıradan çıxartmasın. 
“Oğlan burda olsaydı, – o düşündü, – indi ipi isladardı. 
Hə, əgər oğlan burda olsaydı! Əgər burda olsaydı!”
Tilov ipi dibsiz quyuya düşmüş kimi elə hey sürüşüb 
gedir, harasa gedirdi, qoca da balığı məcbur edirdi ki, 
kəndirin hər qarışı uğrunda mübarizə aparsın. Sonra birtəhər 
dikəldi, çənəsinin əzib xəşilə döndərdiyi balıq ətinin 
üstündən başını çətinliklə də olsa qaldıra bildi. Əvvəl yavaş-



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə