Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə47/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   43   44   45   46   47   48   49   50   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
94 
balığın ağırlığını kürəyində də, çiynində də daim hiss 
etmişdi. Sol əliylə qayığın kənarından yapışıb, indi bu 
ağırlığı mümkün qədər qayığın üstünə keçirtməyə cəhd etdi. 
“Kəndiri qayığa bağlaya bilsəydim, hər şey necə də 
rahat başa gələr, çox asanca düzələrdi, – qoca düşündü. – 
Amma balıq bir azca təkan versə, tilovun ipi qırılar. Bütün 
ağırlığı bədənimə keçirməliyəm; ipdən yapışıb sayıq 
olmalıyam ki, lazım gəlsə, onu yavaş-yavaş ikiəlli buraxa 
bilim”. 
– Qoca, amma burasını unutma ki, sən mütləq yatıb 
dincəlməlisən, – yenə ucadan dedi. – Yarım gün və 
dübbədüz bir gecə keçib, hələ sonra da bütöv bir gün, sənsə 
yatmamısan. Nə qədər ki, balıq nadinclik eləmir, bir az 
yuxulayıb gözlərinin acısını al. Yatmasan, başın 
gicəllənəcək, hər şeyi qarışıq salacaqsan.
“Yox, başım qaydasındadır, qəti gicəllənib eləmir, özü 
də babat işləyir, lap doğma qardaşlarım ulduzların parıltısı 
qədər aydındır, – qoca düşündü. – Amma indi yatmalıyam. 
Ulduzlar da, ay da, günəş də, hətta okeanın özü də sakit 
günlərdə, axın olmayanda yatır; suyun üzü güzgü kimi 


www.vivo-book.com 
95 
hamar olur. Yatıb dincini almaq yadından çıxmasın, özünü 
yatmağa məcbur elə. Sadə və etibarlı üsul tap, ipi harasa 
dolaşdır ki, ondan arxayın olasan. İndi isə dur qayığın arxa 
tərəfinə keç, kormada skumbriyanı təmizlə. Ancaq yatanda 
avarlardan düzəldəcəyin əyləclərə o qədər də ümid olma ha: 
bu, yaman xatalı işdir. Belə baxanda, yatmasam da olar, 
yuxusuz da keçinə bilərəm. Hə, keçinə bilərsən, amma bu da 
çox təhlükəlidir”.
Balığı narahat etməməkçün qoca iməkləyə-iməkləyə
çox ehtiyatla qayığın arxa tərəfinə getdi. Fikirləşdi ki, ola 
bilsin balıq da dənizdə mürgüləyir, amma onu dincini 
almağa qoymaq olmaz. Canı çıxana qədər qayığı dartıb 
aparmalıdır.
Qayığın arxa tərəfinə gəlib çatanda belini dikəldib 
ayağa durdu, balığın bütün ağırlığını sol əlinə, bir də 
kürəyinə keçirib, sağ əliylə bıçağı qınından çəkib çıxartdı. 
Ulduzlar par-par alışıb-yanırdı; qoca bıçağı skumbriyanın 
başına sancıb onu kormadakı oturacağın altından özünə tərəf 
çəkdi, bir ayağıyla üstündən basıb qarnını quyruğundan ta 
çənəsinin altınacan yardı. Sonra bıçağı yerə qoyub sağ əliylə 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə