Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə49/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   45   46   47   48   49   50   51   52   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
98 
gələrdi, – qoca düşündü. – Axı skumbriyanı mən gün 
batmamışdan qabaq tutmuşdum. Nə deyirsən de, mən çox 
şeyi nəzərə almamışam. Amma yenə pis olmadı, yarıdan 
çoxunu birtəhər çeynədim, ürəyim bulanmır”. 
Gündoğan tərəfdə göyün üzünü qalın buludlar 
örtməkdəydi; qocanın sadiq dostları olan ulduzlar bircə-
bircə sönürdü. İndi qoca, sanki buludlara bürünmüş geniş 
vadi ilə irəliləyirdi. Külək kəsilmişdi. 
– Üç-dörd günə havalar korlanacaq, – o dedi. – Amma 
hələ bu gecə də, sabah da qorxusu yoxdur. Hə, nə qədər ki, 
balıq sakitdir, sən də birtəhər özünü yuxuya ver, qoca!
O, tilov ipini sağ əlində tutaraq, sağ tərəfə əyilib 
qayığın qırağına söykəndi, bütün ağırlığı burunun üstünə 
saldı. Sonra çiynindəki kəndiri azca aşağı keçirdib ipdən sol 
əliylə yapışdı.
“Kəndir lap nə qədər açılsa da, onu sağ əlimlə saxlaya 
bilərəm, – qoca düşündü. – Mən yuxuda olanda sürüşüb 
dənizə düşsə, sol əlimə toxunub məni oyadar. Əziyyətin 
çoxu sağ ələ düşəcək. O yazıq da hər cür ağrıya, cəfaya 


www.vivo-book.com 
99 
dözməyə alışıb. Lap iyirmicə dəqiqə, yarımca saat yata 
bilsəm, qənimətdir”.
Qoca qayığın qırağına söykəndi və balığın bütün 
ağırlığını sağ əlinə keçirib yatdı.
Bu dəfə yuxusuna şirlər girmədi; onların əvəzinə bir 
sürü dəniz donuzu gördü; cütləşmə dövrü olduğundan 
səkkiz-on mil məsafədə səpələnmiş donuzlar havaya atlanır 
və təkrar dənizə düşürdülər. Sonra o özünü qəsəbədəki 
komasında, çarpayıda uzanmış vəziyyətdə gördü: içəri dolan 
şimal küləyi qocanı bərk üşüdürdü, balış əvəzinə başının 
altına qoyduğu sağ qolu da tamam keyimişdi. Yalnız bundan 
sonra yuxusuna sarımtıl qumla örtülmüş ucsuz-bucaqsız 
sahil girdi: dan yeri ağaranda bir neçə şir ala-toranlıqdan 
çıxıb sahilə yaxınlaşdı, qoca da lövbər salmış gəminin 
göyərtəsində durub şirlərə tamaşa edirdi. Sahildən əsən 
axşam küləyi yanaqlarını oxşayır və qoca özünü son dərəcə 
bəxtəvər sayırdı.
Ay çoxdan doğmuşdu, qoca isə hələ də yatmağında, 
balıq da əvvəlki qaydada çəkə-çəkə qayığı öz arxasınca 
dartıb aparmağındaydı.



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə