Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə37/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   33   34   35   36   37   38   39   40   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
74 
yasəməni rəngə çalırdı. Burnunun üstündə beysbol ağacına 
oxşayan uzun qılıncı vardı. Qılıncın ucu xəncər tiyəsi kimi 
itiydi. Balıq tamamilə suyun üzünə qalxdı, sonra da dalğıc 
kimi səssiz-səmirsiz, yavaş-yavaş dənizə baş vurdu. Onun 
ülgüctək iti, oraqvari yepyekə quyruğu gözdən itən kimi 
tilov ipi sürətlə açılmağa başladı.
– Bu balıq mənim qayığımdan düz iki fut uzundur ki! – 
qoca dedi. 
Tilov ipi sürətlə, lakin eyni ahənglə dənizə batırdı. 
Qoca onu ikiəlli dartırdı. Yaxşı bilirdi ki, müqavimət 
göstərib balığın sürətini azaltmasa, o bütün ehtiyat 
kəndirlərini çəkib aparacaq, axırda da qırıb qaçacaq.
“Çox nəhəng balıqdır, – qoca fikirləşdi, – zərb-dəstimi 
əvvəldən ona göstərməliyəm. Məndən güclü olduğunu 
qətiyyən duymamalıdır; nəbadə o bunu hiss edə. İndi mən 
onun yerinə olsaydım, var qüvvəmi toparlayıb, baş götürüb 
hara gəldi gedərdim – ikimizdən birimiz uduzanadək 
gedərdim. Allaha çox şükür ki, balıqlar biz insanlar kimi 
dərrakəli deyil; amma çox cəld, həm də nəcib varlıqdır”.


www.vivo-book.com 
75 
Qoca iri balıqları çox görmüşdü, lap min girvənkədən 
ağırlarına da rast gəlmişdi, hətta bir dəfə (əlbəttə, təklikdə 
yox) iki zırpısını da tutmuşdu. İndi isə təkbaşına, özü də 
sahildən xeyli uzaqda, açıq dənizin tən ortasında nəhəng 
balıqla üzbəüz, təkbətək qalmışdı. Bu durum nəinki onun əl-
qolunu bağlamışdı, hətta bütün varlığını sarsıtmışdı; bu 
yandan da, tərslikdən, sol əli keyləşmiş, qartal caynağıtək 
büzüşüb qalmışdı.
“Mənə elə gəlir ki, sol əlim açılacaq, əlbəttə, açılıb sağ 
əlimə kömək etməlidir. Biri vardı, biri yoxdu, üç qardaş 
vardı... Onların biri dənizdəki nəhəng balıqdır, ikisi də 
mənim əllərimdir – sağ əlimlə sol əlim. Yox, mütləq 
açılacaq. Belə vaxtda onun keyiməsi biabırçılıq olardı”. 
Balıq sürətini azaldıb, yenə əvvəlki mütiliklə üzürdü.
“Görəsən o niyə birdən-birə suyun üzünə çıxdı? – qoca 
özündən soruşdu. – Yəqin, necə nəhəng olduğunu mənə 
göstərmək istəyirdi. Çox yaxşı, hesab elə ki, gördüm, 
niyyətini də başa düşdüm. İndi növbə mənimdir, gərək mən 
də necəliyimi ona göstərəm. Görəsən, balıq mənim qıc olan 
əlimi görsəydi, neylərdi? Kaş o mənim barəmdə əslində 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə