Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə29/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   25   26   27   28   29   30   31   32   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
58 
bir yerdə indi biz bir-birimizə bağlanmışıq, bir-birimizdən 
ayrılmazıq. Aramızdakı bu yaxınlıq dünən günortadan 
başlanıb. İndi heç kim nə mənə, nə də ona kömək edə 
bilməz”. 
“Bəlkə heç mənim balıqçı olmağım lazım deyilmiş, – o 
düşündü. – Amma mən ancaq balıqçı olmaqçün 
doğulmuşam... Səhər açılanda tunesi yemək yaddan 
çıxmasın”. 
Dan yeri sökülən vaxtdan bir az qabaq arxa tərəfdəki 
iplərdən biri tərpəndi. Qoca çubuğun sındığını duydu, tilov 
ipinin qayığın qırağından sürüşüb suya düşdüyünü hiss 
elədi. O, qaranlıqda bıçağı qınından çıxartdı, balığın 
ağırlığını sol çiyninə verib arxaya qanrıldı, ipi qayığın 
kənarına dirəyib kəsdi, sonra yaxınlıqdakı o biri qaytanı da 
kəsib ehtiyat kələflərin ucunu bir-birinə düyünlədi. Birəlli 
çox yaxşı işləyirdi, düyün lap möhkəm tutsun deyə ayağı ilə 
kələfin üstündən bərk-bərk basırdı. İndi düz altı dənə ehtiyat 
tilov ipi vardı. Onların iki cütünü qabaqcadan kəsilmiş 
qaytanlardan hazırlamışdı; bir cütü də qarmağına balıq 


www.vivo-book.com 
59 
keçmiş tilovunkuydu. Kələflərin hamısı bir-birinə bənd 
edilmişdi. 
“Qırx dəniz sajeni dərinliyinə saldığım ipi hava 
işıqlaşanda çıxardıb kəsəcəm, ehtiyat kələflərə calayacam, – 
qoca düşündü. – Düzdür, bu hesabla düz iki yüz sajen xalis 
katalon kəndirimi, bir də qarmağımı bada verəcəm. Eybi 
yoxdur, bunları tapmaq olar. Amma əgər qarmağa hansısa 
başqa bir balıq ilişib bunu sıradan çıxartsa, təzə balığı mənə 
kim verər, belə böyük itkini nə əvəz edə bilər? Görəsən, bu 
dəqiqə o biri qarmağa keçən nə balığıydı? Marlin də ola 
bilər, qılınc-balıq da. Bəlkə lap elə köpəkbalığıdır? Başa 
düşmədim, heç hiss etməyə də macal tapmadım. Yox, ondan 
mümkün qədər tez yaxa qurtarmaq lazımdır”. 
– Kaş oğlan burada olaydı, – ucadan dilləndi. 
“Amma oğlan burada yoxdur, heç olmayacaq da, – 
qoca düşündü. – Yaxşısı budur, özünə güvən. Nə qədər 
qaranlıqdır, işə giriş, axırıncı kəndiri də çıxart, kəs, ehtiyat 
kəndirlə düyünlə”. 
Belə də elədi. Qaranlıqda işləmək çətin idi, ağır idi. Bu 
vaxt birdən balıq onu elə dartdı ki, qoca üzüstə qayığa 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə