Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə25/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   21   22   23   24   25   26   27   28   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
50 
çıxarsan ki, nizəni sənin böyrünə saplayım. Oldumu? 
Hazırsanmı? Yoxsa hələ çox yeyəcəksən?”
Daha bəsdir, – qoca qışqırdı; qaytanı var gücüylə 
ikiəlli özünə tərəf dartdı və bir yarda qədərini geri yığdı, 
sonra onu bir neçə dəfə tərpətdi. 
Lakin qocanın bütün səyləri puça çıxırdı. Balıq baş 
götürüb harasa üzür, üzdükcə də qayıqdan uzaqlaşırdı; qoca 
onu bir qarış da olsun dala qaytara bilmirdi. Qaytanlar çox 
möhkəm idi; qoca bunları güclü, nataraz balıqları tutmaqdan 
ötrü hazırlamışdı. Tilov ipini kürəyinə aşırıb tarım çəkdi; 
ətrafa su damcıları səpələndi. Sonra taxta oturacaqda əyləşib 
bədənini arxaya verdi və bütün gücünü topladı. Qayıq 
yavaş-yavaş şimal-qərbə istiqamətlənirdi. 
Balıq durmadan üzür, qayıq da dalğasız dənizin üstüylə 
balığın üzdüyü səmtə gedirdi. Qarmaqlarına yem taxılmış o 
biri tilovlar da suda idi. Hələ ki, qocanın əlindən heç nə 
gəlmirdi.
– Keşkə oğlan burada olaydı, – o, təəssüflə ucadan 
dedi. – Balıq məni yedəyinə alıb aparır. Hə, bu saat mən 
ancaq 
yedəkdəyəm. 
Məndən 
olsa, 
kəndiri 
qayığa 


www.vivo-book.com 
51 
bağlayardım, amma qorxuram balıq qırıb qaçsın. Yox, 
qaytandan bərk yapışmalıyam, lazım olanda onu az-az 
boşaldaram. Allaha çox şükür ki, hələ düzünə üzür, çox 
dərinə baş vurmur.
Fikirləşdi ki, birdən balıq dərinə getməyə başlasa, heç 
bilmirəm neyləyəcəm. Ölüb daş kimi dənizə düşsə, əlimdən 
nə gələr? Amma yox, mən nəsə eləməliyəm. Ediləsi çox şey 
var. Hər halda, öhdəsindən gələrəm.
Qoca suya köndələn düşmüş qaytana və qayığın şimal-
qərb səmtə üzməyinə baxırdı. 
“Gec-tez qarmaq, onu öldürəcək, – özlüyündə hökm 
verdi, – qarnında qarmaq ola-ola, çox üzə bilməz ki”.
İntəhası dörd saat keçəndən sonra da balıq eyni 
qaydada yorulmadan üzür, qayığı da, qocanı da yedəyinə 
alıb arxasınca dartıb aparırdı. Qoca tilov ipini çiynindən 
aşırmış halda qayığın içində oturub qalmışdı və gərgin 
vəziyyətdə gözləməyində idi; gün qısaldıqca həyəcanı da 
artırdı.
– Qarmağıma keçəndə günorta idi, amma mən hələ də 
onu görməmişəm, – o, əlacsızlıqdan köks ötürdü.



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə