Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə23/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   19   20   21   22   23   24   25   26   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
46 
Balıqçılar bu növdən olan bütün balıqlara tunes 
deyirdilər. Yalnız bazara satmağa aparanda və tələ yemi 
yem kimi istifadə etdikdə onların əsl adlarını, yəni, hərəsinin 
öz doğru adını dilə gətirirdilər. Günəş göydən yerə od 
ələyirdi. Qoca bunu peysərinin yanmasından duyurdu; avar 
çəkdikcə tər kürəyindən sel kimi axırdı. “İndi bir az yatıb 
dincələ bilərəm, hər ehtimala qarşı tilov ipini də ayağımın 
baş barmağına bağlayım ki, tərpənən kimi yuxudan ayılım. 
Qayığı axın özü aparacaq. Bu gün səksən beşinci gündür
mütləq balıq tutacam”.
Bu vaxt qələmvarı yaşıl çubuqlardan biri suya tərəf 
əyildi.
– Bax belə, – o dedi, – mən istəyən elə budur! 
Qoca avarları ehmalca sudan çıxartdı. Sakitcə əyilib 
tilov ipindən yapışdı və onu sağ əlinin baş barmağıyla 
şəhadət barmağı arasında saxladı. Nə gərginlik, nə də ağırlıq 
duydu; ipi boş tutmuşdu. Birdən qaytan dartıldı. Hərəkət 
yavaş və yüngül idi. Bunun nə olduğunu qoca dərhal anladı. 
Marlin balığı yüz dəniz sajeni dərinliyindəki qarmağın 
ucuna keçirilmiş sardinaları yeyirdi.


www.vivo-book.com 
47 
Qoca sağ əlində boş tutduğu ipi sol əliylə tilov 
ağacından ehmalca açdı. İndi o, balığa heç nə hiss 
etdirmədən kəndiri suya istədiyi qədər buraxa bilərdi. “İlin 
bu fəslində, sahildən bu qədər aralıda xırda balıq olmaz; 
yəqin çox yekə balıqdır. Ye, balığım, buyur, nuş elə 
sardinanı! Yem təzədir. Altı yüz fut dərinlikdə, yəqin ki, 
sənin yerin çox soyuqdur, üşüyürsən. Həm qaranlıqdır, həm 
də soyuq. İndi o qaranlıqda bir dəfə çevril, sonra əvvəlki 
vəziyyətinə qayıdıb yenə yeməyində ol!”
Tillov ipi yavaşca titrəyib tərpəndi. Sonra bərkdən 
dartıldı; görünür, balıq sardinanı qarmaqdan qopara bilmirdi. 
Sonra daha heç nə baş vermədi. Qoca səsləndi:
– Hə, gəl görüm. Bir də, hə! Yaxşı-yaxşı iylə! Qoy 
ləzzətli iy səni məst eləsin. İştahla ye! Onları yeyəndən 
sonra tunesin də dadına bax. Tunesin əti bir az bərk olsa da, 
əcəb ləzzətlidir. Çəkinmə, balığım, ye getsin!
Tilov ipini baş barmağıyla və şəhadət barmağı arasında 
tutduğu halda, qoca başqa iplərə də nəzər yetirdi. Sonra yenə 
yüngülvari təkan hiss elədi.



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə