Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə19/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   15   16   17   18   19   20   21   22   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
38 
Sahil tərəfdə buludlar dağ kimi ucalmışdı. Onların 
arxasındakı təpələr göyümtül-boz rəngdə idi. Liman 
boyunca elə bil yaşıl bir xətt uzanırdı. Sular tünd-mavi rəngə 
çalırdı, dəniz isə bənövşəyi görünürdü. Qoca dənizin 
dərinliklərinə nəzər salanda qaranlıqda üzən qırmızımtıl 
planktonları gördü. Onlar gün işığında necə də əlvan 
şəfəqlər saçırdı. Qoca tilov iplərini yoxlayıb yan-yörəsinə 
göz gəzdirdi, dənizdə həddən artıq plankton olduğunu 
gördükdə bərk sevindi: “Plankton varsa, mütləq balıq da 
olmalıdır”.
Gün bir xeyli qalxmışdı. Sahildə buludların silsilətək 
ucalması havanın xoş olacağından xəbər verirdi. Amma 
yırtıcı quş indi çox uzaqdaydı. Günəş şüalarının altında 
sarıya çalan Sarqas yosunlarından başqa, suyun səthində ayrı 
heç bir şey gözə dəymirdi. Yalnız qırmızı rəngli portuqal 
fizaliyası – həlməşiklər qayığın yaxınlığında az-çox diqqəti 
cəlb edirdi. Qayıq hazırda həlməşiklərin arasıyla üzürdü; 
birdən fizaliya yanpörtü çevrilib sonra yenə əvvəlki 
vəziyyətini aldı və daha cəld üzməyə başladı: o, bir yardlıq 


www.vivo-book.com 
39 
məsafəyə öldürücü zəhər saçan bənövşəyi qol-budaqlarını 
arxasınca sürüyüb apardı.
– Ay səni qancıq! – qoca özünü saxlaya bilmədi. 
O, astadan avar çəkə-çəkə dənizə diqqətlə göz qoydu. 
Sabun köpüyünü andıran əlvan fizaliyanın qovuğu altında, 
qol-budaqları arasında xırda balıqlar üzürdü; fizaliyanın 
buraxdığı zəhər xırda balıqlara zərər yetirə bilməsə də, 
adamlara çox tez, çox da pis təsir edir: zəhər ifraz edən 
bənövşəyi rəngli sürüşkən qol-budaqlar tilov iplərinə dolaşıb 
qalırdı. Qarmağa keçmiş balığı çıxartmaqçün əllərini suya 
salanda tilov ipinə sarınmış fizaliyanın zəhərli qol-budağı 
qocanın biləklərinə yapışır, zəhər qana keçəndə bədəni elə 
göynəyirdi ki, elə bil onu qırmancla döyürdün. Dözülməz, 
dəhşətli ağrılar başlayırdı. 
Al-əlvan 
qovuqcuqların 
qəşəngliyinə, 
onların 
görkəminə söz ola bilməzdi, intəhası bu bərli-bəzəkli 
canlılar dənizin ən hiyləgər və ən amansız sakinləriydi. 
Qoca onlara yaxşı bələd idi; onu da bilirdi ki, heyvərə dəniz 
tısbağaları bu qovuqcuqları necə iştahla, necə ləzzətlə yeyir; 
o, hər dəfə belə mənzərəyə rast gələndə dayanıb həvəslə 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə