Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə17/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   13   14   15   16   17   18   19   20   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
34 
axtaran balıqların məkanına düşürdü. O, bu işin əsl xiridarı 
sayılırdı. Balıqçılardan heç kəs nə tilovu, nə qarmağı, nə də 
tilov ipini hədəfə onun kimi istiqamətləndirə bilmirdi. Elə 
bil, qoca tünd qaranlıq suların müxtəlif yerlərində, ayrı-ayrı 
dərinliklərində üzən növ-növ balıqları ora öz əli ilə aparıb 
qoymuşdu. Balıqların harada ola biləcəyini o gözüyumulu 
bilir, yerini yanılmadan təyin edirdi. Başqa balıqçılarsa 
qarmaqlarını axının ixtiyarına verib elə zənn edirdilər ki, 
yüz sajen dərinlikdə şikar onları gözləyir; əslində isə
qarmaq altmış sajendən dərinə getmirdi.
“Mən tilovu həmişə düz atıram, – qoca özlüyündə 
düşündü, – amma nədənsə, bəxtim gətirmir. Kim bilir, bəlkə 
bu gün tale üzümə güləcək, axı həmişə eyni cür olmur ki. 
İşimdə diqqətli olmaq mənim adətimdir, bu öz yerində. 
Amma bəxtin gətirməsi də böyük şeydir. Keşkə tale üzümə 
güləydi, işlərim düz gətirəydii”. 
Günəşin doğmasından iki saata yaxın vaxt keçmişdi, 
gündoğan tərəfə baxanda günəşin tellərini əks etdirən dəniz 
qocanın gözlərini indi o qədər də qamaşdırmırdı. Ətrafda 


www.vivo-book.com 
35 
yalnız üç qayıq vardı, onlar da zorla seçilirdi, elə bil, 
sahildən heç ayrılmamışdılar. 
Qoca fikirləşdi: “Lap uşaqlıqdan günəş doğan kimi 
gözlərimi qamaşdırıb incidir. Amma şükür ki, gözlərim hələ 
də yaxşı görür, korlanmayıblar. Gün batanda mən düz günün 
içinə baxıram, gözlərimə qaranlıq çökmür, halbuki günəş 
qürub vaxtı da bərk şölələnir, telləri iynə kimi adamın 
gözünə millənir”.
Qoca birdən başının üstündə yırtıcı bir quşun dövrə 
vurduğunu gördü. Quş uzun, qapqara qanadlarını geniş 
açaraq qəfildən sürətlə aşağı şığıdı, qanadlarını gərib suya 
baş vurdu, sonra yenə göyə qalxıb dövrə vurmağa başladı. 
Yəqin buralarda yem görüb, yoxsa boş-boşuna belə 
hərlənməz, – qoca ucadan dedi, sonra avarı astaca çəkə-çəkə 
qayığı yırtıcı quşun dövrə vurduğu səmtə sürdü. Tələsib-
eləmirdi, tilovları sərrast yönəltmək üçün kəndirləri azacıq 
yuxarı qaldırıb onları təzədən suya saldı, suyun axınını 
qabaqlamaq üçün qayığın sürətini artırdı, sonra vaxtaşırı 
tilovları tarazlamağa başladı; indi onun hərəkətləri yırtıcı 
quş göydə görünəndən əvvəlkinə nisbətən daha çevik idi.



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə