Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə21/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   17   18   19   20   21   22   23   24   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
42 
adamı soyuqdan və şaxtadan, hər cür soyuqdəymədən və 
zökəmdən qoruyurdu.
Qoca göyə baxanda yırtıcı quşun yenə də havada 
hərləndiyini gördü. 
– Heç oyan-buyanı yoxdur, hərifin gözünə haradasa bu 
aralarda balıq sataşıb, ona görə əl çəkmir. 
Bir dənə də olsun qanadlı balıq sudan baş qaldırmırdı; 
xırda balıqlardan da əsər-əlamət yox idi. Qoca diqqətlə 
dənizə baxdı; elə bu vaxt bir tunes sudan sıçrayaraq havada 
mayallaq aşdı, sonra da cəld, başıaşağı dənizə düşdü. 
Havada ikən onun ağ gövdəsi gün işığında gümüş təki 
parıldadı. Dənizə düşməyə bəndmiş kimi, su köpükləndi və 
xeyli tunes yer-yerdən havaya sıçrayıb hərəsi bir səmtə 
tullandı, suyu ləpələndirib xırda tıxlara hücuma keçdilər; 
onları qabaqlarına qatıb araya aldılar. 
Qoca düşündü: “Belə cəld üzməsəydilər, özümü onlara 
çatdırardım”. 
O, 
tunes 
sürüsünün 
suyu 
necə 
köpükləndirməsinə baxırdı; qorxudan dəhşətə gəlib pərən-
pərən olmuş xırda balıqların hamısı suyun üzünə çıxmışdı; 


www.vivo-book.com 
43 
yırtıcı quş da fürsətdən istifadə edərək özünü tez-tez suya 
vurub şikarla havaya qalxır, sonra təzədən aşağı şığıyırdı.
– Quşlardan balıqçılara çox kömək dəyir, – qoca 
düşündü. 
Elə bu vaxt ayağı altındakı nazik ipin tarım çəkildiyini 
hiss etdi. Qoca bir ucunu əlində tutduğu ipdən bərk yapışdı, 
kürəyi kənara qoyub kəndiri yavaş-yavaş yığmağa başladı; 
bilirdi ki, qarmağa balaca bir tunes balığı ilişib. Əlindəki 
tilov ipi getdikcə daha şiddətlə titrəyirdi. Çox keçmədi ki
qoca beli abı, böyürləri qızılı rəngə çalan balığı gördü. Onu 
qarmaqdan çıxardıb qayığın içinə atdı. 
Tunes qayığın arxa tərəfinə, günün altına düşüb qaldı. 
O, qəşəng quyruğu ilə döşəməni döyəcləyirdi; iri gözlərini 
bərəldib əsə-əsə həyata vida edirdi; özü də kök və yağlıydı. 
Qocanın ona yazığı gəldi, əziyyət çəkməsin deyə toppuzla 
başını əzdi, sonra da ayağı ilə oturacağın altına, gün 
düşməyən sərin yerə itələdi. Balıq hələ də çapalayırdı.
– Albakore... azından on girvənkə gələr, – qoca dedi. – 
Yem əvəzinə qarmağa taxmağa yaxşıdır. 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə