www.vivo-book.com
13
– Bunu mənə çaxırsatan Periko verdi.
– Sardina tutan kimi qayıdıb gələcəm. Sənin payını da,
elə özümünkünü
də bir yerdə buza qoyaram, səhər tezdən
bölüşdürərik. Mən gələndə beysbolun necə qurtardığını
deyərsən.
– “Yankilər”ə dünyasında batan olmaz.
– Qorxuram klivlendlilərin “Hindular”ı “Yankilər”i
birtəhər eləsin.
– Sən “Yankilər”dən tam arxayın ol, bala, ürəyini buz
kimi saxla. Yaddan çıxartma ki,
orda Di Macio kimi ustad
var.
– Düzü, mən təkcə Klivlendin “Hindular”ından yox, elə
Detroytun “Pələnglər”indən də qorxuram.
– Hə, görürəm belə getsə, sən deyəsən axırda lap
Sinsinatanın “Qırmızılar”ından da, Çikaqonun “Ağ
corablar”ından da qorxmağa başlayacaqsan.
– Otur
qəzeti oxu, kimin udduğunu mənə deyərsən.
– Gəlsənə, bir lotereya bileti alaq. Özü də seçib səksən
beş nömrəli bileti götürək. Sabah səksən beşinci gün olacaq.