Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə25/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   21   22   23   24   25   26   27   28   ...   74

Şeyx  Zayed  (Sheikh  Zayed)  küçəsi  Dubayın  ən  geniş  və  uzun
prospektidir. Lüks restoran və barlar,“Dubay Dünya Ticarət mərkəzi”,
“Emirates Towers”, dünyanın ən böyük xizək mərkəzi olan “Ski Dubai”
da bu prospektdə yerləşir. Kosmik raket formasında olan 160 mərtəbəli,
dünyanın ən yüksək binası “Burj-Al-Khalifa” Əbu-Dabi əmirinin adını
daşıyır. Dünyanın ən sürətlə hərəkət edən liftinə, 124. mərtəbəsində dizayn
edilmiş hovuzu ilə dünyanın ən hündür hovuzuna malik olan bu göydələn
Dubayın simvoluna çevrilmişdir (10).
Burc Dubay və Deira arasında uzanan “Dubai Creek and Dhow”
kanalı Dubay sahillərində gəzintilər və turlar üçün ideal yerdir. Burada
çoxlu sayda müxtəlif modellərdə gəmi, qayıq və yaxtalar var.
“Dubai Marina Walk” göydələnlər arasında yaradılmış kafe, restoran,
parklarla əhatə olunmuş marinadır. Şəhər mərkəzində məşhur Emirates
Mall alış-veriş mərkəzi yerləşir ki, elə dünyanın ən böyük süni xizək
mərkəzi də burada yaradılmışdır. Zira bölgəsində 70 dən çox alış-veriş
mərkəzi var, bu da Dubayda istirahət edən turistlərin ən -çox gəldiyi yerlər
sırasına daxildir.
Şəhərin sənaye mərkəzləri ilə zəngin olan Festival City hissəsində
lüks oteller, geniş golf sahələri və müxtəlif ölkələrin pub, restoran və
kafeləri yerləşir. 
İlboyu yüksək temperatura malik Dubayın qumlu çimərlikləri, beach
partiləri ilə heç də Miami çimərliklərindən geri qalmır. Bunlar arasında ən
məşhuru Basrati çimərliyidir. Çimərlik partiləri, VİP gecə klubları, açıq
hava barları, zəngin və lüks ərəb restoranları, safari turları bu şəhərdə
səyahət edənlərin sayının artmasına səbəb olur. 
BƏƏ-nin şimalında yerləşən Əbu-Dabi bu ölkənin paytaxtı olmaqla
yanaşı, ikinci böyük şəhəri, siyasi-iqtisadi mərkəzidir. Tək bir ada üzərində
yerləşən və 200-dən çox adanı özündə birləşdirən şəhər iki körpü vasitəslə
yarımadaya birləşir.Çöl iqliminə malik olan Əbu-Dabiyə səyahət üçün ideal
vaxt oktyabr-fevral aylarıdır.
Dünyanın ən zəngin şəhərlərindən olan Əbu-Dabi keçmişin izlərini
saxlamaqla müasir və ənənəvi həyatı əks etdirir. Şəhər zənginliyini hündür
binalarda, lüks otellərdə, geniş bulvarlarda, qeyri- adi üslubda tikilmiş
göydələnlərdə, səssiz çimərliklərdə və möhtəşəm çöl safarilərində görmək
mümkündür.
Əbu-Dabi əmirliyində turistləri cəlb edən yerlər sırasında ilk öncə
“Dalğaqıran” (Breakwater) də yerləşən şəhərin əsas alış-veriş mərkəzi olan
“Marina Mall”, da shopping və bütün şəhər panoramasını əks etdirən “Sky
Tower” daxildir. “Marina Mall” un qarşısındakı “Heritage Center” köhnə
qayıqlar,  palma  liflərindən  hazırlanmış  qədim  bədəvi  evləri  ilə  əhatə
Səfiyyə Məmmədli
68


olunmuşdur ki, bunlar da müasir şəhərin qədim tarixini və bədəvi ərəblərin
həyat  tərzini  əks  etdirir.  Bütün  bunlardan  başqa  ənənəvi  əl  işlərinin,
sənətkarlıq nümunələrinin, hədiyyə və suvenirlərin hazırlanılaraq satıldığı
dükanlar da mövcuddur.
Adanın  sahilində  körfəz  sularının  yuduğu,  palma  ağacları  ilə
bəzədilmiş 9 km uzunluğunda olan məşhur "Corniche" bulvari Əbu-Dabidə
turistlərin axın etdiyi məkanlardan biridir. Burada bir çox biznes və alış-
veriş mərkəzləri, parklar, restoran və kafelər, lüks otellər var. Bu otellərdən
biri də ərəb memarlığının xüsusiyyətlərini özündə əks etdirən məşhur
“Emirates Palace Hotel” dir. Lüks otel istər görünüşü və gözəlliyi, istərsə
də yüksək xidmətləri ilə bütün turistləri daha çox cəlb edir. 
Şəhərin  dərketmə  turlarının  təşkili  üçün  zəngin  tarixi-memarlıq
abidələri və mədəniyyət-incəsənət mərkəzləri vardır. Burada 200 illik tarixi
olan “Əl-Məqtə” (Al-Maaqta) müdafiə qalası, Tunc və Dəmir dövrlərindən
qalma əşyaların və tikililərin saxlanıldığı Hili arxeoloji bağları, XVIII
əsrlərdə hökumət binası kimi istifadə olunan şəhərin ən qədim daş binası
“Qəsr-Əl-Hösn” (Al-Hosn Palace) (xalq arasında “Bəyaz qala” da adlanır)
kimi bir çox tarixi-memarlıq abidələri var.
Bunlardan başqa dünyanın ən böyük məscidi olan “Şeyx Zayed
məscidi”  (Shekh  Zayed)  Əbu-Dabidə  yerləşir.Məscid  Birləşmiş  Ərəb
Əmirliklərinin banisi və ilk prezidenti Şeyx Zayed ibn Sultan ən Nəhyanın
adını daşıyır. Məscid dünyanın ən böyük xalçası və çilçırağına sahib ol-
maqla iki dünya rekorduna malikdir.
Əbu- Dabi əyləncələri ilə də məşhurdur. Xüsusilə də, bədəvi çadırları,
ərəb musiqiləri və yeməkləri ilə qumlu səhralarda təşkil olunan safariləri
turistlərin istirahəti üçün geniş imkanlar açır. Avtomobil yarışları, dayvinq,
buzda konki və ya golf oynamağı sevənlər üçün də alternativlər turizm
növləri təklif olunur. Bunlardan başqa, “Yas ada”sında salınmış və dünya
ilklərindən olan “Ferrari World Theme Park”da 5,2 saniyədə 240 km sürətə
çata bilən roller coasterlər var ki,bura adrenalin sevən turistlərin əsas
məkanlarındandır.
Ədəbiyyat
1. C.A.Məmmədov, H.B.Soltanova, S.H.Rəhimov
Beynəlxalq turizmin coğrafiyası. Bakı – 2002. 527 s.
2. Soltanova H.B., Məmmədov C.A. «Yaxın və Orta Şərq ölkələrinin 
iqtisadi və sosial coğrafiyası» (dərslik). Bakı: «Bakı Universiteti» 
nəşriyyatı, 2008, 304 s. 
3. География туризма. Под редак. А.Ю.Александрова.
М., 2010, 424 c. 
69
Birləşmiş Ərəb Əmirliklərində beynəlxlaq turizminin inkişaf xüsusiyyətləri


4. Карпова Г.А. Экономика современного туризма. М.:
Герда, 2007, 432 
5. UNWTO World Tourism Barometer. Vol. 5.№ 1, 2016 
(http://www.unwto.org).
6. The Tourism 2020 Vision (7 reports: including 6 regional volumes 
and a global report on World Forecast and profiles of
market segments) 
7. www.hotels-dubay.com 
8. https://ru.wikipedia.org/wiki/Объединённые_Арабские_Эмираты 
70


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə