Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə28/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   24   25   26   27   28   29   30   31   ...   74

Polşanın  əksər  çaylarında  və  göllərdində  avarçəkmə  marşurutları  da
salınmışdır. Brda,Vda və Drava çaylarında və Raspuda gölündə əlverişli
avarçəkmə marşurutları salınmışdır. Həmçinin Polşada mövcud olan təbii
şəraitin əlverişliyi burada balıqçılığın da inkişafına müsbət təsir etmişdir.
Polşanın  şimalında  yerləşən  çay  və  göllər  balıqla  zəngindir.  Varşava
yaxınlığında yerləşən su anbarı olan Zaqjinskda da balıqçılıqla məşğul
olmaq olar. Mazur göllərində buzaltı balıqçılıq da məşhurdur.
Polşada atçılıq idmanı qədim ənənələrə söykənmişdir. Arçılıq idman
mərkəzlərinin  çox  olması,  burada  istirahət  edənlərə  at  ilə  gəzintilər,
həmçinin peşəkar dərslərin verilməsinə xidmət edir.
Polşanın şimalı göllər bölgəsi olduğuna görə burada yelkənli idman
növləri inkişaf etmişdir. May ayından sentyabr ayına kimi buarada turizm
mövsümü  davam  edir. Yaxta  mövsümünün  açılması  ilə  Böyek  Mazur
göllərinə (Beldan, Snyardv, Neqoçin, Mamr) geniş turist axını baş verir.
Kaşubada Polşanın qədim yelkənli idman növünün mərkəzləri yerləşir.
Polşanın dağlıq yerlərində də yelkənli idman növləri yaxşı inkişaf etmişdir.
Beşadda Solinsk və Beskiddə Jiveç gölündə qış aylarında buz üstündə
yelkənli xizəklərlə hərəkət yayda yelkənli qayıqlarla səyahəti əvəzləyir.
Baltik dənizi yaxınlıqlarında yerləşən yaxt-klubların çoxluqu burada olan
yüksək dərəcəli dəniz yaxt idman növünün inkişafının göstəricisidir. 
İşgüzar turizm – Polşa dünya səviyyəsində keçirilən sərgilərin sayı
ilə məşhurdur. Şərqi Avropanın böyük sərgi zallarının və yarmarkalarıın
yerləşdiyi şəhərərin əksəriyyəti Polşadadır və Varşava, Poznan, Keliça
şəhərləri  daha  da  öndədirlər.  Hər  il  Poznanda  60-a  yaxın  sərgi  və
yarmarkalar keçirilir ki, 60 ölkədən 12 min nümayəndəlik və 3min xarici
şirkətlər də iştirak edir (2, s. 187). Sərgi və yarmarkalardan başqa burada
konqreslər, biznes görüşləri də təşkil olunur.
Ekolji  turizm  –  Polşada  bu  turizm  növünün  inkişafı  üçün  həm
landşaftın müxtəifliyi, həm də mövcud olan milli parklar əsas rol oynayır.
Polşa 23 Milli parka malikdir və onların içində ən qədimi 86 yaşlı Belovej
milli parkıdır. Ən cavan milli park isə Ustya-Vartı milli parkıdır. Hər bir
milli  park  öz  əsrarəngiz  təbiəti,  heyvan  və  bitki  aləmi  ilə  zəngindir.
Polşanın milli parklarının gözəlliyi buraya səyahət edən turistlərin də
diqqətindən yan keçmir.
Çimərlik turizmi – hərçənd Polşada əsas turizm istiqamətlərindən sa -
yıl masa da bu turizm növünün inkişafi üçün də imkanlar vardır. Baltik də -
ni zi sahillərində 500 km uzunluğunda qumlu çimərliklər uzanır. Avropanın
cənubunda olan çimərlik kurortlarından fərqli olaraq günəş şüaları bura
zəif düşür, bu da insan sağlamlığına mənfi təsiri azaldır. Baltik dənizi
sahillərində istirahətin başlıca səbəbi yod ilə zəngin olmasıdır, bu da nəinki
Günay Mirzəyeva
76


yay aylarında, hətta qış aylarında da müalicə məqsədi ilə bura gələnlərin
sayını artırır. Kolobjeq və Svinouysçe bu növ kurortlara misaldır (1, s. 76). 
Polşa Şərqi Avrpa ölkələrində dini turizm mərkəzlərindən sayılır. Həm
ka  toliklərin, həm də provaslavların diqqətini özündə cəmlənmişdir. Polşaya
təş kil olunan ekskursiyalar zamanı da yerli polşalıların dini yerləri ilə də
ta nışlıqlar həyata keçirilir. Dini ruhanilərin və gəlmə turistlərin yerli mo -
nas tırlarla zəngin olan Çenstxova şəhəri Polşanın dini mərkəzidir. Paulina
or deninə sahib olan monastırda Müqəddəs ana və qucağında körpə ilə əks
ol u nan  ikon  yerləşmişdir  ki,  buda  hər  il  milyonlarla  zəvvarın  buraya
axınına  səbəb  olur.  Kalvariya-Zavjidovska  digər  dini  mərkəz  sayılır.
Bernardin ordenli məbəd, zəvvarların olduğu park və məbədlər UNESCO-
nun  mədəni  irs  nümunəərinə  aid  edilmişdir.  Krakov  dərketmə  turizm
mərkəi olmaqla yanaşı həm də dini turizm mərkəzi də sayılır. Krakovda
müqəddəs sayılan insanların dəfn olunması, say etibarı ilə onu Avropada
birinci etmişdir. Polşaya olan zəvvarlı marşurutunu “Krakov müqəddəs
yolu” adlandrmışlar ki, oda özündə 15 kilsə və ibadətgahları, 2 müqəddəs
insanların məzarlarına səyahəti təşkil edir. Hər il minlərlə provaslavlar Be-
lastoka  şəhərindən  müqəddəs  dağ  olan  Qrabarkedə  yerləşən  Marfo-
Marınskiy monastırına zəvvar yürüşləri edirlər. Bu dağ Polşada ən məşhur
provoslav zəvvarlıq ocağıdır. Hər il bura səyahət edən zəvvarlar özləri ilə
xaç da gətirirlər ki, bu da günahlarıın bağışlanmasını və ya dualarının qəbul
olunması rəmzini daşıyır. Elə məhz bu səbəbdəndir ki, Qrabarka dağını “
Xaç dağı”da adlandırırlar. Artıq neçə ildir ki, burada yerləşən monastırda
yunan ruhaniləri tərəfindən hədiyyə olunmuş Müqəddəs Ana ikonu da
yerləşir (2, s. 200).
Nəticə
Polşanın iqlimi, təbiəti, coğrafi mövqeyi, tarixi abidələri burada həm
ekskursiya və işgüzar turizmə, həm də çimərlik və dağ-xizək turizmi kimi
müxtəlif  aktiv  və  passiv  istirahət  növlərinin  inkişafına  şərait  yaradır.
Ölkənin uzun mərhələlərdən keçərək formalaşmış turizm siyasəti də bu
inkişafa güclü təkan verir.
Ədəbiyyat 
1. Е.Л.Драчева. Специальные виды туризма. Лечебный туризм. 
Москва – 2010.
2. А.Ю. Александрова. Международный туризм. Москва – 2004.
3. В.Ю.Воскресенский. Международный туризм. Москва – 2006.
4. М.Б.Биржаков. Введение в туризм.
Москва-Санкт-Петербург – 2006
77
Polşanın turizm mərkəzlərinə görə turizm növlərinin inkişaf istiqamətləri


UOT-9:91:910.5 
Leyla MURADZADƏ
Səyahət agentliyi və turoperator ixtisası üzrə magistr
Azərbaycan Turizm və Menecment Universiteti
leylam@mail.ru 
Azərbaycanda getmə turizmin inkişafı
Development of the outgoing tourism in Azerbaijan
Развитие выездного туризма в Азербайджане
Abstract: The article deals with the peculiarities of the development
of outgoing tourism in Azerbaijan . Despite the emergence of organized
tourism and the organization of the first visits Azerbaijan at the beginning
of the 20th century, favorable conditions for the development of tourism
has been established after the restoration of independence. The country is
now possible to talk about development inside and international tourism.
However, the development of international tourism specializing in out-
bound tourism. There are a number of reasons, but most importantly is
enough not to use its potential. Quality of service and the price factor is
the cause of our citizens to turn to foreign countries. Most of those who go
to foreign countries remain in the hotel facilities. This causes the flow of
currency out of the country. Therefore, to ensure the flow of foreign ex-
change to our country the government takes serious measures towards the
development of tourism.
Key words: outgoing tourism, service, tour, currency, standard
Резюме: В статье речь идет об особенностях о развития выездой
ту ризма в Азербайджане. Несмотря появление организованного ту-
ризма и организация первых поездок в Азербайджане в начале 20-го
века, после восстановления независимости была создана благоприят -
ная условия для развития туризма. В стране сейчас можно говорить о
раз вития внутреннeго и международного туризма. Тем не менее, раз -
ви  тия международного туризма большe всего специализируется на
выезд ного туризма. Существует целый ряд причин,но самое главное
это недостаточно использовать потенциальных возможностей. Каче-
ство обслуживания и ценовой фактор является причиной наших граж-
Turizm vя qonaqpяrvяrlik tяdqiqatlarы
Tourism and hospitality studies
78


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə